Azərbaycan İranla sərhəddə körpü tikmək istəyir


İqtisadiyyat 14 Fev 2020 13:55:04 166 0

Azərbaycan İranla sərhəddə körpü tikmək istəyir

Layihəni iki ölkə birgə maliyyələşdirə bilər

Anar Nəcəfli

“Azərbaycanın İranla sərhədində yeni körpünün tikintisinə bu il başlanılması planlaşdırılır”.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərində görə, Astaraçay çayı üzərində tikiləcək körpü İranın magistral yolunu birləşdirəcək: “Hazırda körpünün tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır. AAYDA sədri Saleh Məmmədovun iştirakı ilə İrana rəsmi səfərlər təşkil edilib və körpünün tikintisi ilə bağlı müzakirələraparılıb. Yeni tikililəcək körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olanƏlət–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobilyoluna aiddir”.

A.Nəcəfli vurğulayıb ki, Rusiya sərhədində Samur çayının üzərində körpünün tikintisi ilə bağlı layihəni iki ölkə birgə maliyyələşdirib: “İranla sərhəddə olan körpünün inşaasında da həmin maliyyələşdirmə mexanizmitətbiq edilə bilər”.