Bakıda 7 marşrut xətti üzrə müsabiqə şərtləri açıqlandı


İqtisadiyyat 14 Fev 2020 10:39:19 145 0

Bakıda 7 marşrut xətti üzrə müsabiqə şərtləri açıqlandı

Bakı Nəqliyyat Agentlliyi ​12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan etdiyi müsabiqənin şərtlərini açıqlayıb

Bakı Nəqliyyat Agentlliyi12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan etdiyi müsabiqənin şərtlərini açıqlayıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, şərtlərlə Agentliyin internet səhifəsinin müsabiqələr bölməsində tanış olmaq mümkündür.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər 24 fevral2020-ci il,saat 17:00-a qədərAgentliyə ərizə ilə mürciət etməlidirlər.