Azərbaycanda əməliyyat aparan xarici neft şirkəti kredit borcunun vaxtını uzatdı


İqtisadiyyat 14 Fev 2020 10:55:32 183 0

Azərbaycanda əməliyyat aparan xarici neft şirkəti kredit borcunun vaxtını uzatdı

Borcun əsas hissəsi kapitala konvertasiya ediləcək

Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" və "Qum-Dəniz" yatağının daxil olduğu blokunoperatoru olanABŞ-ın"Greenfields Petroleum Corporation"neft şirkəti zəmanətli kredit borcununödənilməsini təxirə salan razılaşmanın imzalandığını açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, neft şirkətinin əsas kreditoru “Vitol Enerji” MMC daha əvvəl yanvarın 3-nə təxirə salınmış kredit müqaviləsi çərçivəsində ödəniləcək məbləğin vaxtını uzadaraq martın 16-na qədər təxirə salıb.

Məlumata görə, kredit müqaviləsindəki dəyişiklikləri nəzərə alan “Greenfields” borcun əsas hissəsinin səhmdarkapitalına konvertasiya edilməsinə və başqa strateji alternativlərin axtarışına razılıq verib.

Xatırladaq ki, baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “Greenfields” neft şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə "Bahar-Qum-Dəniz" ("Bahar Layihəsi") kimi tanınan neft-qaz yatağının kəşfiyyat və hasilatını aparır və layihədə 80% paya sahibdir, qalan 20% SOCAR-a məxsusdur. Bununla bağlı22 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Bahar Enerji Əməliyyat Şirkəti” arasında sözügedən yataqların kəşfiyyatı, bərpası və işlənməsi üçün hasilatın bölünməsi haqqında razılaşma imzalanıb.

Qeyd edək ki, 1968-ci ildə kəşf edilən “Bahar” qaz-kondensat yatağı Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir.

“Qum-Dəniz” yatağı Bakıdan cənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağıdır. "Qum-Dəniz" yatağı 1955-ci ildən sənaye işlənməsinə verilib.