Azərbaycan neftinin qiyməti artıb


İqtisadiyyat 14 Fev 2020 09:33:58 136 0

Azərbaycan neftinin qiyməti artıb

​Azərbaycan neftinin qiyməti artıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,27 ABŞ dolları və yaxud 0,45% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,80 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.