"Coker", "1917", "İrlandiyalı" filmlərdə zərərli proqramlar var


İqtisadiyyat 13 Fev 2020 14:47:38 66 0

"Coker", "1917", "İrlandiyalı" filmlərdə zərərli proqramlar var

"Coker", "1917", "İrlandiyalı" filmlərdə zərərli proqramlar var

“Kaspersky” şirkəti bu il "Oskar" mükafatına namizədliyi irəli sürülmüş 9 filmin adının fişer və zərərli proqram müəllifləri tərəfindən neсə istifadə edildiyini təhlil edib.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Məlumata görə, ümumilikdə, mütəxəssislər 2019-cu ilin premyeralarını pulsuz izləmək fürsətini qazandıran 20-dən çox fişinq sayt və bu filmlərin adları ilə əlaqəli daha 925 zərərli fayl aşkarlayıblar. Ən son yenilikləri pulsuz izləməyi təklif edən fişinq saytların köməyi ilə cinayətkarlar istifadəçilərin şəxsi və maliyyə məlumatlarını toplayıblar.

Nəticələrə görə, kiber cinayətkarlar arasında ən populyar filmlər “Coker” (304 zərərli fayl), “1917” (215 zərərli fayl) və “İrlandiyalı” (179 zərərli fayl) olub.

“Cinayətkarlar aktual tendensiyaları izləyirlər. Film sənayesi də istisna deyil. Onlar tələlərini premyeradan həm əvvəl, həm də sonra – film tamaşaçı marağının pik zirvəsində olduğu zaman quraşdırırlar. Mümkün risklərin qarşısını almaq üçün kinosevərləri yalnız rəsmi platformalardan istifadə etməyə çağırırıq", - bunu “Kaspersky” şirkətinin antivirus mütəxəssisi Anton İvanov deyib.

“Kaspersky” şirkəti cihazlarına film əvəzinə zərərli proqram yükləməmək üçün istifadəçilərə bir sıra tövsiyələr edib.

İlk olaraq filmlərin premyeralarının rəsmi tarixlərini izləmək və film prokata çıxmamış onu izləməyi təklif edən saytlara etibar etməmək təklif olunur.

Həmçinin filmi yükləməzdən əvvəl faylın genişlənməsini yoxlamaq lazımdır. Bu əlavələr .avi, .mkv və ya .mp4 ola bilər, lakin heç bir halda .exe olmalı deyil.

Həmçinin kiber təhdidlərdən hərtərəfli qorunmaq ücün “Kaspersky Security Cloud” kimi etibarlı həllərdən istifadə etmək tövsiyə olunur.

AQTA heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqladı like
  • 13 Fev 14:46  
Digərləri AQTA heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvanların İdentifikasiya

arrow Ətraflı
Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istəyib like
  • 13 Fev 14:45  
Dünya Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istəyib

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazar

arrow Ətraflı
Bu küçələrin kəsişməsində yol hərəkəti qaydası dəyişdi like
  • 13 Fev 14:43  
İqtisadiyyat Bu küçələrin kəsişməsində yol hərəkəti qaydası dəyişdi

Bakının ​Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsin

arrow Ətraflı
Türk ordusu qisasını aldı: 101 nəfər öldürüldü like
  • 13 Fev 14:41  
Dünya Türk ordusu qisasını aldı: 101 nəfər öldürüldü

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada "M

arrow Ətraflı
Prezidentin köməkçisi ATƏT-in media azadlığı üzrə nümayəndəsinə cavab verdi like
  • 13 Fev 14:38  
Siyasət Prezidentin köməkçisi ATƏT-in media azadlığı üzrə nümayəndəsinə cavab verdi

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici si

arrow Ətraflı
Dövlət Departamenti: Suriyada irimiqyaslı münaqişə istisna olunur like
  • 13 Fev 14:36  
Dünya Dövlət Departamenti: Suriyada irimiqyaslı münaqişə istisna olunur

ABŞ, İsrail, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyada irimiqyaslı h

arrow Ətraflı
Mc Donaldsda satıcı idi, like
  • 13 Fev 14:35  
Digərləri Mc Donaldsda satıcı idi,

Əvvəllər Mc Donalds-da satıcı işləyən qız hazırda gününə 1300 dolla

arrow Ətraflı
Bakıda 450dən artıq avtobusun hərəkətinə mane olan parklanma aradan qaldırıldı  FOTO like
  • 13 Fev 14:31  
Digərləri Bakıda 450dən artıq avtobusun hərəkətinə mane olan parklanma aradan qaldırıldı FOTO

İctimai nəqliyyatın sərbəst hərəkəti və nəqliyyat axınının fasiləs

arrow Ətraflı
İvana səhvinə görə pərt oldu  FOTO like
  • 13 Fev 14:30  
Digərləri İvana səhvinə görə pərt oldu FOTO

Bir neçə həftə sonra Azərbaycanda fəaliyyətə başlayacaq məşhur moda m

arrow Ətraflı
Bakıda bu bələdiyyə məhkəməyə verildi  SƏBƏB like
  • 13 Fev 14:24  
Digərləri Bakıda bu bələdiyyə məhkəməyə verildi SƏBƏB

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Binəqədi Rayon Bəl

arrow Ətraflı
Sumqayıtın inkişafı sakinlərin gözü ilə - VİDEOREPORTAJ like
  • 13 Fev 14:20  
Digərləri Sumqayıtın inkişafı sakinlərin gözü ilə - VİDEOREPORTAJ

İslahatların izlərini təkcə paytaxt Bakıda deyil, respublikamızın bütü

arrow Ətraflı
Zaqatalada 10 gün əvvəl itkin düşən 10cu sinif şagirdi tapıldı like
  • 13 Fev 14:19  
Digərləri Zaqatalada 10 gün əvvəl itkin düşən 10cu sinif şagirdi tapıldı

Zaqatalada 10 gün əvvəl itkin düşən yeniyetmə tapılıb.

arrow Ətraflı
Təranə və Musanın özləri kimi məşhur kürəkəni: "Onların sayəsində..."  VİDEO  FOTO like
  • 13 Fev 14:13  
Şou-biznes Təranə və Musanın özləri kimi məşhur kürəkəni: "Onların sayəsində..." VİDEO FOTO

2016-ci ildə Musa müəllim və Təranə xanımın qızı Fidan xanımla ailə

arrow Ətraflı