Ekoloq: “SOCAR-ın neftlə çirklənmiş ərazilərdəki rekultivasiya işləri qaneedicidir”


İqtisadiyyat 13 Fev 2020 10:29:16 50 0

Ekoloq: “SOCAR-ın neftlə çirklənmiş ərazilərdəki rekultivasiya işləri qaneedicidir”

​Ekoloq: “SOCAR-ın neftlə çirklənmiş ərazilərdəki rekultivasiya işləri qaneedicidir”

Son illərdə Azərbaycanda ekoloji məsələlər, ətraf mühitin sağlamlaşdırılması prioritet istiqamətlərdən biridir. Xüsusilə də yüz ildən çoxdur ki, hasil olunmuşneftlə çirklənən ərazilərin təmizlənməsi aktual məsələlərdəndir.

Ekologiyanın yaxşılaşdırılması istiqamətində həyata keçirilən belə tədbirlərdən biri rekultivasiya, yəni torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlərdir. Rekultivasiya nəticəsində pozulmuş torpaq sahələrindən kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir. Sənaye tərəfindən pozulmuş ərazilərin rekultivasiya işlərinə ilk dəfə XIX əsrin оrtalarında Almaniyada başlanıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra neftlə çirklənmiş ərazilərin rekultivasiya tədbirləri geniş yayılmağa başlayıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisə və təşkilatlarının balansında olan 2 000 hektardan artıq ərazi rekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb.

Neftlə çirklənmiş torpaqlar təmizləndikdən sonra həmin ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin kampusu, “Bibiheybətneft” NQÇİ ərazisindəki bina inşa edilib. Qala qəsəbəsində 10 hektara yaxın ərazini əhatə edən “Eko-Park” da neftdən təmizlənmiş torpaqlarda salınıb.

“Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini,ekoloq Xosrov Musayev bildirib ki, SOCAR-ın neftlə çirklənmiş ərazilərdə həyata keçirdiyi rekultivasiya və bərpa işləri qaneedicidir.

Onun sözlərinə görə, ancaq uzun illər ərzində çirklənmiş ərazilərin hamısını birdən-birə təmizləmək çox çətindir.

Ekoloq Xosrov Musayev:

"Rekultivasiya sahəsində xeyli işlər görülüb və bu işlər davam etdirilir"

Ekspert deyir ki, maddələr arasında neft ən çirkləndirici maddədir: “Hava çirklənəndə onu təmizləmək mümkündür. Ancaq torpağa düşən çirki, xüsusilə də neft tullantılarını təmizləmək çox çətindir. Bundan başqa, hava və su özü-özünü təmizləyə bilir. Lakin torpaq özü-özünü təmizləyə bilmir. Çirklənmiş torpağı rekultivasiya etmək, torpağı bərpa etmək üçün çox böyük vəsait tələb olunur”.

O xatırladıb ki, Bakının “Qara şəhər” adlanan ərazisinin də müəyyən hissələri əvvəllər neftlə çirklənmiş ərazilər idi: “Bu gün bütün ərazilər bərpa edilib”.

Ekspert xatırladıb ki, əvvəllər neft quru hissələrdə hasil olunurdu: “Bu da torpağın çirklənməsinə səbəb olurdu. Bu gün isə Azərbaycanda neft əsasən dənizdən çıxarılır. Ümumilikdə götürdükdə isə bu sahədə xeyli işlər görülüb və bu gün də görülür. Təbii ki, bütün bunları qısa bir müddətdə təmizləmək, bərpa etmək çətindir”.

Manatın MƏZƏNNƏSİ like
  • 13 Fev 10:28  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 13 fevral tarixindən etibarən valyuta məzənnəl

arrow Ətraflı
Demokratiyanın neçə sifəti var? like
  • 13 Fev 10:27  
Siyasət Demokratiyanın neçə sifəti var?

"Parçala və hökm sür" ideyası həmfikirlər terrariumunda məhsul

arrow Ətraflı
Bu gün MSK bəzi dairələrlə bağlı şikayətləri müzakirə edəcək like
  • 13 Fev 10:27  
Siyasət Bu gün MSK bəzi dairələrlə bağlı şikayətləri müzakirə edəcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

arrow Ətraflı
Gürcüstanda güclü qar: elektrik enerjisi kəsildi, məktəblər bağlandı like
  • 13 Fev 10:26  
Dünya Gürcüstanda güclü qar: elektrik enerjisi kəsildi, məktəblər bağlandı

Gürcüstanın Acarıstan Muxtar Respublikasında son günlər yağan güclü qa

arrow Ətraflı
Magistraturaya ərizə qəbulu bu gün başa çatır like
  • 13 Fev 10:22  
Digərləri Magistraturaya ərizə qəbulu bu gün başa çatır

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Aka

arrow Ətraflı
Şəkidə evdən 19 min manatlıq qızıl sikkələr oğurlandı like
  • 13 Fev 10:18  
Sosial Şəkidə evdən 19 min manatlıq qızıl sikkələr oğurlandı

Şəki şəhərində evdən qızıl sikkələr və pul oğurlanıb.

arrow Ətraflı
Bank of Baku 26 yaşında müştərilərini sevindirir! like
  • 13 Fev 10:17  
Digərləri Bank of Baku 26 yaşında müştərilərini sevindirir!

Dövrün bütün sınaqlarından uğurla keçərək Azərbaycan bankçılıq tar

arrow Ətraflı
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı like
  • 13 Fev 10:11  
Siyasət Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Hollivudun ən güclü 5 cütlüyü  FOTO like
  • 13 Fev 10:06  
Digərləri Hollivudun ən güclü 5 cütlüyü FOTO

Hollivud ulduzlarının ailə qurması və boşanması artıq adi hala çevrilib

arrow Ətraflı
MSK-ya hesabatı tam verməyən dairələrin adları açıqlandı like
  • 13 Fev 10:03  
Siyasət MSK-ya hesabatı tam verməyən dairələrin adları açıqlandı

Parlament seçkiləri ilə əlaqədar indiyə qədər

arrow Ətraflı
Bakı sakininin çantasından narkotik çıxdı like
  • 13 Fev 10:02  
Sosial Bakı sakininin çantasından narkotik çıxdı

Faktla bağlı araşdırma aparılır.

arrow Ətraflı
Sabiq nazir məhkəmə qarşısına çıxacaq like
  • 13 Fev 10:01  
Dünya Sabiq nazir məhkəmə qarşısına çıxacaq

İtaliyada senat sağçı “Şimal Liqası” partiyasının lideri və sabiq D

arrow Ətraflı
Vannaya düşən mobil telefon gənc qızın həyatına son qoydu like
  • 13 Fev 10:00  
Dünya Vannaya düşən mobil telefon gənc qızın həyatına son qoydu

Fransanın Marsel şəhərində bədbəxt hadisə baş verib.

arrow Ətraflı
Magistraturaya ərizə qəbulu bu gün başa çatır like
  • 13 Fev 09:57  
Sosial Magistraturaya ərizə qəbulu bu gün başa çatır

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Aka

arrow Ətraflı
“Bunu edə bilmərsən, ixtiyarın yoxdur” like
  • 13 Fev 09:55  
Şou-biznes “Bunu edə bilmərsən, ixtiyarın yoxdur”

Müğənni Yeganə Akbudak (Mürsəlova) efirlərdən gileylənib.

arrow Ətraflı