Azərbaycan İqtisadiyyat nazirinə yeni müavin təyin olunub - EKSKLÜZİV


İqtisadiyyat 13 Fev 2020 09:49:09 46 0

Azərbaycan İqtisadiyyat nazirinə yeni müavin təyin olunub - EKSKLÜZİV

Rövşən Nəcəf İqtisadiyyat nazirinə yeni müavin təyin olundu

Rövşən Nəcəf

Azərbaycan İqtisadiyyat nazirinə yeni müavin təyin olunub.

"Report" xəbər verir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə bu vəzifəyə Rövşən Nəcəftəyin olunub.Nazirlik bufaktı təsdiq edib.

Qeyd edək ki, R.Nəcəf 2019-cu ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilmişdi.

Məlumata görə, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Nəcəf aprelin 9-da 1982-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalaviriat, 2003-cü ildə isə magistratura səviyyəsini fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

2012-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamış və 02.09.2002-ci ilədək orada çalışıb. 16.12.2003-cü il tarixdən İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsinin mütəxəssisi təyin olunaraq həmin şöbədə məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb, 01.02.-08.06.2007-ci il tarixlərdə Xarici investisiyalar və texniki yardımların əlaqələndirilməsi şöbəsinin Xarici investisiya müqavilələri və investisiya layihələri sektorunun müdiri işləyib.

02.07.2008-23.02.2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Hesabat şöbəsində iqtisadçı, 23.02-07.05.2019-cu ildə isə həmin İdarənin Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 12.05-29.12.2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini, 29.12.2009-21.04.2010-cu illərdə həmin şöbənin müdiri, 21.04-15.12.2010-cu illərdə nazirin köməkçisi, 16.12.2010-05.11.2012-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktorun müavini, 05.11.2012-11.05.2018-ci illərdə İcraçı direktoru vəzifələrində çalışıb. 11.05.2018-ci il tarixdən 28.08.2019-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

R.Nəcəf 3-cü dərəcəli dövlət müşaviridir.

Evlidir, 2 övladı var.

Bakıda bağlı qalan cinayətlərin üstü açıldı like
  • 13 Fev 09:47  
Sosial Bakıda bağlı qalan cinayətlərin üstü açıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində q

arrow Ətraflı
Biznes üçün təlim və məsləhət xidmətləri like
  • 13 Fev 09:47  
Digərləri Biznes üçün təlim və məsləhət xidmətləri

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Qub

arrow Ətraflı
“Gördüyüm ən nadir çiçəksən” like
  • 13 Fev 09:44  
Digərləri “Gördüyüm ən nadir çiçəksən”

Sosial şəbəkələrdən aktiv istifadə etməyən aktrisa Neslihan Atagül yen

arrow Ətraflı
"AmCham"ın rəhbərliyində dəyişiklik olub - EKSKLÜZİV like
  • 13 Fev 09:41  
İqtisadiyyat "AmCham"ın rəhbərliyində dəyişiklik olub - EKSKLÜZİV

Natəvan Məmmədova "McKinsey&Company" şirkətinin Bakı Ofisinə müşavir v

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 1,5%  artıb like
  • 13 Fev 09:36  
İqtisadiyyat Azərbaycan neftinin qiyməti 1,5% artıb

Azərbaycan neftinin qiyməti 1,5% artıb

arrow Ətraflı
“Eurovision” qalibi yenidən ana olacaq  FOTO like
  • 13 Fev 09:33  
Digərləri “Eurovision” qalibi yenidən ana olacaq FOTO

"Eurovision 2016" mahnı müsabiqəsinin qalibi Camala növbəti dəf

arrow Ətraflı
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.02.2020) like
  • 13 Fev 09:27  
İqtisadiyyat Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.02.2020)

Avronun məzənnəsi 0,39% azalıb, Rusiya rublunun məzənnəsi isə dəyişmə

arrow Ətraflı
Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı azalıb like
  • 13 Fev 09:27  
Digərləri Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı azalıb

2020-ci il yanvarında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullar

arrow Ətraflı
Daha 1 nəfər koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi like
  • 13 Fev 09:24  
Digərləri Daha 1 nəfər koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiBakıda

arrow Ətraflı
Hindistanda avtobus qəzasında 13 nəfər öldü like
  • 13 Fev 09:23  
Dünya Hindistanda avtobus qəzasında 13 nəfər öldü

Hindistanda baş verən avtobus qəzasında ən az 13 ölüb, 31 nəfər isə ya

arrow Ətraflı
O qədər fotoşop etdi ki, qolu əyildi  FOTO like
  • 13 Fev 09:22  
Digərləri O qədər fotoşop etdi ki, qolu əyildi FOTO

Türkiyəli pop ifaçı Demet Akalın həmkarı Merve Özbeyin toyundan yayımla

arrow Ətraflı
Pekindən gələn azərbaycanlı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi like
  • 13 Fev 09:20  
Sosial Pekindən gələn azərbaycanlı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mə

arrow Ətraflı