Milli Arxiv İdarəsinin texniki təchizatı gücləndirilir


İqtisadiyyat 12 Fev 2020 21:16:49 150 0

Milli Arxiv İdarəsinin texniki təchizatı gücləndirilir

Milli Arxiv İdarəsi sürətli skan və surətçıxarma aparatları alacaq.

Milli Arxiv İdarəsi sürətli skan və surətçıxarma aparatları alacaq.

"Report"xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Belə ki, Milli Arxiv İdarəsinə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində dövlət arxivlərinin kağız əsaslı sənədlərinin sürətli skan və surətçıxarma aparatları, eləcə də kino-foto-fono sənədlərinin kimyəvi təmizlənməsi, yuyulması və üzünün köçürülməsi üzrə zəruri texniki vasitə və avadanlıqla təmin edilməsi tapşırılıb.