"Goldman Sachs" rəhbərliyində qadın və qara dərili insan olmayan şirkətlərlə işləməyəcək


İqtisadiyyat 24 Yan 2020 17:49:19 143 0

"Goldman Sachs" rəhbərliyində qadın və qara dərili insan olmayan şirkətlərlə işləməyəcək

ABŞ-ın "Goldman Sachs" investisiya bankı bundan sonra Direktorlar Şurasında qadın və qara dərili insanların təmsil olunmadığı şirkətlərə xidmət göstərməyəcək

ABŞ-ın "Goldman Sachs" investisiya bankı bundan sonraDirektorlar Şurasında qadın və qara dərili insanların təmsil olunmadığı şirkətlərə xidmət göstərməyəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Bankınbaş drektoru (CEO) David Solomon məlumat verib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın aktivlərinin idarə edilməsi ilə məşğul olan“BlackRock” şirkəti, eləcə də maliyyə sektorunda müxtəlif xidmətlərgöstərən“State Street Global Advisors” şirkəti də rəhbərliyindəqadın olmayan qurumlarla əməkdaşlıq etməyəcəklərini açıqlamışdılar.