Azərbaycan hökuməti ötən il 8 şəhərin Baş Planını təsdiqləyib


İqtisadiyyat 24 Yan 2020 16:35:31 135 0

Azərbaycan hökuməti ötən il 8 şəhərin Baş Planını təsdiqləyib

Azərbaycan hökuməti ötən il 8 şəhərin Baş Planını təsdiqləyib

© CNN

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2019-cu ildə paytaxt Bakı ilə yanaşıdigər şəhərlərin də Baş Planlarının və müfəssəl planlaşdırma layihələrinin işlənilməsinidavam etdirib.

"Report" xəbər verir ki, bu barədə Komitənin sədri Anar Quliyev qurumda keçirilən geniş kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, ötən il Nazirlər KabinetiŞəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin Baş Planlarını təsdiq edib.Hazırda Komitənin sifarişi əsasında Bakı ilə yanaşı hazırlanmasına 2018-ci və 2019-cu illərdə start verilmiş daha 10 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad, Kürdəmir, Goranboy, Gədəbəy, Astara və Gəncə) baş planlarının hazırlanması işi müxtəlif mərhələlərdə davam etdirilir.Eyni zamanda, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının sifarişləri əsasında hazırlanan daha 10 şəhərin (Şəki, Qax, Ağsu, Yevlax, Sumqayıt, Ağstafa, Xırdalan, Şamaxı, Mingəçevir, Salyan) ərazilərini əhatə edən müfəssəl plan layihələri hesabat dövründə Komitədə təhlil edilib, bir hissəsi ilə bağlı rəylər bildirilib.