“Vodafone Ukraine”nin Müşahidə Şurası yenidən formalaşdırılıb


İqtisadiyyat 23 Yan 2020 18:37:18 159 0

“Vodafone Ukraine”nin Müşahidə Şurası yenidən formalaşdırılıb

“Vodafone Ukraine”nin Müşahidə Şurası yenidən formalaşdırılıb

Bir qədər əvvəl Azərbaycanın“Neqsol Holding”inin nəzarətinə keçmişUkraynanın 2-ci ən böyükmobil rabitə operatoru “Vodafone Ukraine” SC-in Müşahidə Şurası yenidən formalaşdırılıb.

“Report” bu barədəşirkətin internet səhifəsinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar“Vodafone Ukraine”nin səhmdarlarının dekabrın 4-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Qərara əsasən, "NeqsolHolding”in menecerləri Şuraya seçilib. Onlar aşağıdakılardır:

Rəşad Əliyev – 2017-ci ildən “Azerconnect” qrupunun maliyyə direktorunun müavini, əvvəllər “Azerfon”un Mühasibatlıq və xəzinədarlıq direktorunun direktoru

İmran Əhmədzadə - 2017-ci ildən “Neqsol Holding Azerbaijan”ın maliyyə direktoru, “Nobel Oil Services"inDirektorlar Şurasının üzvü

Yusif Cabbarov – 2015-ci ildən “Nobel Upstream” Direktorlar Şurasının üzvü, 2018-ci ildən “Neqsol Holding Azerbaijan”ın baş direktoru

Emin Kəmərov – 2018-ci ildən “Neqsol Holding Azerbaijan”ın hüquq təcrübəsi rəhbəri, daha əvvəl “PwC Azerbaijan”ın hüquqi təcrübəsinin baş meneceri

Meric Tunc – 2018-ci ildən “Neqsol Holding Azerbaijan”ın insan ehtiyatları şöbəsinin müdiri, daha əvvəl “Samsung Elecrtonics”də eyni vəzifədə çalışıb.

“Neqsol Holding” “Vodafone Ukraine”nin səhmlərinin alınmasını ötən ilindekabr ayında başa çatdırıb. Sövdələşmənin dəyəri 734 milyon ABŞ dolları təşkil edib.Müxtəlif ölkələrdə vəsahələrdə 25 ildən artıq iş təcrübəsinə malik “Neqsol Holding” Böyük Britaniya, ABŞ, türkiyə, Birləşmiş ƏrəbƏmirlikləri, Qazaxıstan, Banqladeş kimi ölkələrin neft-qaz, telerabitə, high-tech, inşaat sektorlarında fəaliyyət göstərib.