Tahir Budaqov: “Siyahıyaalma ilə bağlı məlumatların emalı 1 il davam edəcək”


İqtisadiyyat 22 Yan 2020 11:35:10 249 0

Tahir Budaqov: “Siyahıyaalma ilə bağlı məlumatların emalı 1 il davam edəcək”

​Tahir Budaqov: “Siyahıyaalma ilə bağlı məlumatların emalı 1 il davam edəcək”

© Report / Elchin Murad — Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

“Azərbaycanda əhalinin siyahıya alınması zamanı ənənəvi üsullarla yanaşı, inzibati üsullardan da istifadə edilib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O, həmçinin qeyd edib ki, əhalinin bir qisminin sözügedən prosesdən kənarda qalması normaldır və buna beynəlxalq təcrübədə də rast gəlinir.

“Hazırda siyahıyaalma ilə bağlı məlumatların emalı ilə məşğuluq. Bunun üçün 116 nəfər əməkdaşlığa cəlb edilib və onlarla müqavilə bağlanılıb. Emal prosesi 1 il davam edəcək və bu ilin sonunda 30 səhifəlik hesabat hazırlanacaq”, - Komitə sədri bildirib.