TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 15% azalıb


İqtisadiyyat 22 Yan 2020 11:48:10 118 0

TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 15% azalıb

2019-cu ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 47,597 milyon ton, yük dövriyyəsi isə 10 180,5 milyon ton-km olub

2019-cu ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 47,597milyon ton, yük dövriyyəsi isə 10 180,5milyon ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 0,123milyon ton və yaxud 0,3% azdır.

Son 1 ildə yük dövriyyəsi isə 248,3 milyon ton-km və yaxud 2,4% azalıb.

Hesabat dövründə yüklərin 31,058milyon tonu və yaxud65,2%-i avtomobil nəqliyyatı, 12,123milyon tonu və yaxud25,5%-i dəmir yolu nəqliyyatı, 4,415milyon tonu və yaxud9,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,3%-ni və yaxud7,281milyon tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 1,239 milyon ton və yaxud 14,5% azdır.