Azərbaycanda ötən il adambaşına düşən ÜDM 1,4% artıb


İqtisadiyyat 21 Yan 2020 17:49:20 142 0

Azərbaycanda ötən il adambaşına düşən ÜDM 1,4% artıb

2019-cu ildə Azərbaycanda 81 681 milyon manat ümumi daxili məhsul (ÜDM) istehsal edilib

2019-cu ildə Azərbaycanda 81 681 milyon manat ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,2% çoxdur.

İllik ÜDM-in 50 391,8 milyon manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu isə illik müqayisədə 3,5% çoxdur.

Ötən il adambaşına düşən ÜDM-in dəyəri isə 1,4% artaraq 8 247 manata çatıb.