IMF qlobal iqtisadi artım proqnozunu azaldıb


İqtisadiyyat 21 Yan 2020 10:13:04 105 0

IMF qlobal iqtisadi artım proqnozunu azaldıb

Beynəlxalq Valyuta Fondu (İMF) 2020-ci il iqtisadi artım proqnozunu 0,1 faiz bəndi azaldaraq 3,3% səviyyəsinə endirib

Beynəlxalq Valyuta Fondu (İMF) 2020-ci il iqtisadi artım proqnozunu 0,1 faiz bəndi azaldaraq 3,3% səviyyəsinə endirib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, qurum ticarət müharibələri və qlobal gərginliklər səbəbi ilə iqtisadi artım proqnozunu mənfi yöndə yeniləsə də, ümumilikdə bu il iqtisadiyyatın canlanmasını gözləyir.

Qeyd edək ki, İMF gələn il iqtisadi artım tempinin bir qədər də yüksəlib 3,4% həddində olacağını proqnozlaşdırır.