Azərbaycan iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsinə dair təkliflər hazırlanacaq


İqtisadiyyat 16 Yan 2020 20:21:54 119 0

Azərbaycan iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsinə dair təkliflər hazırlanacaq

2020-ci ilin may ayınadək İqtisadiyyat Nazirliyi özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək

2020-ci ilin may ayınadəkİqtisadiyyat Nazirliyi özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təkliflər hazırlayıb Nazirlər Kabinetinətəqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Plandaİqtisadiyyat Nazirliyinə tapşırılıb ki,aprelədək Dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələrin, o cümlədən infrastruktur layihələrinin real sektora olan təsirinin qiymətləndirilməsi,2020-ci ilin sonunadək isəDövlət investisiya proqramı hazırlanarkən başlanılmış investisiya layihələrinin başa çatdırılmasının prioritetləşdirilməsi aparılsın.

İlin sonunadəkEnergetika Nazirliyi, İqtisadiyyat Nazirliyi və“Azərenerji” ASC-yəbərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsi sahəsində işlərin aparılması tapşırılıb.