Palladium və rodiumun qiymətləri rekord səviyyədə yüksəlib


İqtisadiyyat 15 Yan 2020 11:00:48 118 0

Palladium və rodiumun qiymətləri rekord səviyyədə yüksəlib

İlin əvvəlindən rodium 31% bahalaşıb

Palladium və rodiumun qiymətləri 2019-cu ildə rekord səviyyədə yüksəlib.

“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, palladiumun qiyməti il ərzində təqribən iki dəfə artıb, ötən həftə isə ardıcıl olaraq bir unsiya üçün 2 min və 2,1 min dollar səviyyəsinə yüksəlib. Beləliklə, dörd il ərzində qiymətli metalın qiymət artımı 300% təşkil edib.

Son ayların ən çox tələbatlı xammalı platin qrupunun daha nadir metalı - rodium olub.

“Bloomberg”in məlumatına görə, ilin əvvəlindən rodium 31% bahalaşıb, son üç ildə isə onun qiyməti 12 dəfə artıb. Hazırda rodiumun bir troy unsiyası 8 min dollardan bahadır.