Maliyyə Bazarlarına Nəzarət Palatasının kollektivinin 25%-i ixtisar olunub


İqtisadiyyat 10 Yan 2020 16:11:34 124 0

Maliyyə Bazarlarına Nəzarət Palatasının kollektivinin 25%-i ixtisar olunub

Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi, başqa sözlə iki qurumun birləşdirilməsi prosesi başa çatıb

Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi, başqa sözlə, iki qurumun birləşdirilməsi prosesi başa çatıb.

“Report” xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.

Onun sözlərinə görə, MBNP-nin kollektivinin 75%-i AMB-də işlə təmin olunub: “Bununla yanaşı, iki qurumun bir-birini təkrarlayan funksiyaları var idi. Bununla əlaqədar kollektivin qalan 25%-nə kompensasiya ödənilib və onlar ixtisar olunub”, - o qeyd edib.