Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 2022-ci ilədək 9 milyona çatdırılacaq


İqtisadiyyat 14 Dek 2019 10:39:14 79 0

Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 2022-ci ilədək 9 milyona çatdırılacaq

Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib.

Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib.

"Report" xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərarı imzalayıb.

Aqrar Sığorta Fondunun Nizamnaməsi 11 müddəadan ibarətdir. Nizamnamədə Aqrar Sığorta Fondunun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları, onun idarə edilməsi, nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları, audit, uçot və hesabatların tərtibi və təqdim qaydaları və digər məsələlər öz əksini tapıb.

Nizamnaməyə əsasən, Aqrar Sığorta Fondu Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

Fond qəbul etdiyi sığorta öhdəliklərinin idarəedilməsini təmin etmək məqəsədi ilə sığorta və təkrarsığorta siyasətini müəyyən etmək, effektiv fəaliyyətini təmin etmək üçün aktivlərin investisiyaya yönəldilməsi barədə investisiya siyasətini qəbul etmək, sığorta vasitəçiliyi fəaliyyəti üçün vasitəçi aqrar sığortaçılarla müqavilə bağlamaq, habelə aqrar sığorta sisteminin dayanıqlı olması istiqamətində siyasət və qaydaların qəbul edilməsi kimi səlahiyyətlərə malikdir.

Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat, 2020-ci ilin dövlət büdcəsindən 5 milyon, 2021-ci ilin dövlət büdcəsindən isə 3 milyon manat ayrılacaq.

Nizamnaməyə əsasən, Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik ŞurasıKənd Təsərrüfatı Nazirliyindən 2 nəfər, Maliyyə Nazirliyindən 1 nəfər, Mərkəzi Bankdan 1 nəfər və fermerlər assosiasiyalarından 1 nəfər olmaqla formalaşdırılır.

Fondun Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.

“Aqrar Sığorta haqqında” qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 19-da imzaladığı "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" fərmana əsasən yaradılıb

İddialı serial final edir like
  • 14 Dek 10:39  
Digərləri İddialı serial final edir

Türkiyənin sevilən seriallarından olan "Kimse bilmez" haqqında fi

arrow Ətraflı
“Aqrar Sığorta Fondu”nun Nizamnaməsi təsdiqləndi - İZAH like
  • 14 Dek 10:36  
Digərləri “Aqrar Sığorta Fondu”nun Nizamnaməsi təsdiqləndi - İZAH

Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib

arrow Ətraflı
Bahalı qəza: Bakıda “Infiniti”i ilə “Mitsubishi” toqquşdu like
  • 14 Dek 10:34  
Digərləri Bahalı qəza: Bakıda “Infiniti”i ilə “Mitsubishi” toqquşdu

Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi  baş verib. 

arrow Ətraflı
Dallas sakini bir saniyədə milyonçu oldu like
  • 14 Dek 10:29  
Digərləri Dallas sakini bir saniyədə milyonçu oldu

Dallas sakini Raş Ballunun hesabına bank tərəfindən səhvən 37 milyon doll

arrow Ətraflı
"Möhtəşəm yüz il"in aktyoru 65 kiloqram arıqladı like
  • 14 Dek 10:29  
Digərləri "Möhtəşəm yüz il"in aktyoru 65 kiloqram arıqladı

"Möhtəşəm yüz il" serialında Şeker ağa obrazını canlandıran

arrow Ətraflı
Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza: like
  • 14 Dek 10:24  
Digərləri Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza:

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ana və qızının meyiti tapılan evin sahibi məmurdur like
  • 14 Dek 10:21  
Digərləri Ana və qızının meyiti tapılan evin sahibi məmurdur

Bakının Sabunçu rayonu ərazisində baş verən dəhşətli qətlin təfərr

arrow Ətraflı
Xalq artisti “Zaur”la bağlı xatirələrindən danışdı like
  • 14 Dek 10:19  
Kriminal Xalq artisti “Zaur”la bağlı xatirələrindən danışdı

"Uşaqlığın son gecəsi" filmində "Zaur" obrazını canl

arrow Ətraflı
Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq like
  • 14 Dek 10:14  
Digərləri Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq

Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş s

arrow Ətraflı
Bakıda ana və qızı evində like
  • 14 Dek 10:11  
Digərləri Bakıda ana və qızı evində

Bakıda ana və qızının meyiti aşkarlanıb.

arrow Ətraflı
Safura illər sonra səhnəyə qayıdır like
  • 14 Dek 10:09  
Şou-biznes Safura illər sonra səhnəyə qayıdır

Mərhum Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlənib səh

arrow Ətraflı
Bakıda ana və qızı qətlə yetirilib like
  • 14 Dek 10:08  
Sosial Bakıda ana və qızı qətlə yetirilib

Bakının Sabunçu rayonunda ana və qızı qətlə yetirilib.

arrow Ətraflı
Rusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaq like
  • 14 Dek 10:06  
İqtisadiyyat Rusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaq

Rusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaq

arrow Ətraflı
Naxçıvan bu il Şərqi Anadolu vilayətindən məhsul idxalına görə ikinci yerdə qərarlaşıb like
  • 14 Dek 10:06  
İqtisadiyyat Naxçıvan bu il Şərqi Anadolu vilayətindən məhsul idxalına görə ikinci yerdə qərarlaşıb

Naxçıvan bu ilin 11 ayında ​Şərqi Anadolu vilayətindən 110 mln dollarl

arrow Ətraflı