Bakı Məşhədə çarter reyslərinin həyata keçirilməsinə başlanılır


İqtisadiyyat 12 Dek 2019 13:09:22 156 0

Bakı Məşhədə çarter reyslərinin həyata keçirilməsinə başlanılır

​Bakı –Məşhəd istiqamətində birbaşa çarter uçuşları açılır

Azərbaycan və İran arasında iqtisadiəlaqələrinin daha da inkişaf etdirilməsi çərçivəsində dekabrın 16-dan Bakıdan İslam Respublikasının Məşhəd şəhərinə çarter reyslərinin həyata keçirilməsinə başlanılacaq.

Bu barədə "Report" "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, aviareyslər sifarişdən asılı olaraqhəftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri,saat 14:30-da, aviaşirkətin aşağı büdcəli törəməsi - "Buta Airways"ə məxsus"Embraer 190" tipli təyyarələrlə yerinə yetiriləcək.