Bu ilin 10 ayında Azərbaycandan olan investorlar Türkiyədə 31 anonim şirkət yaradıb


İqtisadiyyat 11 Dek 2019 17:59:24 117 0

Bu ilin 10 ayında Azərbaycandan olan investorlar Türkiyədə 31 anonim şirkət yaradıb

Bu ilin 10 ayında Azərbaycandan olan investorlar Türkiyədə 31 anonim şirkət yaradıb

Bu ilin yanvar-oktyabr aylarında xarici investorlarTürkiyədə 10 682 şirkət yaradıb.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azdır.

Xarici kapitallı yeni şirkətlərin949-u anonim,9 733-ü isə "limited" (məhdud məsuliyyətli)şirkətlərdir. Son 1 ildə "anonim" şirkətlərin sayı 1,9% artıb, "limited" şirkətlərin sayı isə 4,15% azalıb.

10 ay ərzində xaricilərə məxsusşirkətlərin ümumi nizamnamə kapitalı təxminən 4 milyard lirə və yaxud690 milyon ABŞ dolları təşkil edib. Bunun 1,4 milyard lirəsi və yaxud 240 milyon dolları "anonim" şirkətlərə, 2,6 milyard lirəsi və yaxud 450 milyon dolları isə "limited" şirkətlərə yatırılıb.

Hesabat dövründəTürkiyədə ən çox anonim şirkətləri İran (49), Almaniya (45) və Azərbaycandan (31) olan investorlar yaradıb. "Limited" şirkətlərin sayına görə isə ilk 3-lüyə İran (772), Suriya (384) və Səudiyyə Ərəbistanı (362) daxildir.