Niyazi Səfərov: "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir"


İqtisadiyyat 09 Dek 2019 19:13:00 126 0

Niyazi Səfərov: "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir"

​İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir

© Report/ Firi Salim — İiqtisadiyyat nazirinin müavini Niyazi Səfərov

Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi təklif edilir.

"Report" xəbər verir ki, bu barədəjurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində 10 rezident qeydiyyata alınıb və 2 rezident artıq işləyir: "2020-ci ilin mart, aprel, may aylarında bir sıra rezidentlər fəaliyyətə başlayacaq, o cümlədən "Azərmaş" ASC Qazel markalı avtomobillərini buraxılışına başlayacaq. İqtisadiyyat Nazirliyi Prezidentİlham Əliyevə Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi ilə bağlı müraciət edib. İqtisadiyyat Nazirliyinə artıq yeni rezidentlərdən müraciətlər daxil olur".

Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsi 2017-ci ildə yaradılıb. Məhəllənin ümumi ərazisi 20 hektar, əsas layihə istiqamətləri ağır maşınqayırma, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, avtomobil, kompozit materialları, müxtəlif təyinatlı gübrələr, müxtəlif plastik qablar, balıq yemi, polipropilen kisə istehsalı, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalıdır. Məhəllədə olan layihələrin ümumi dəyəri 60,95 milyon manatdır.