Bu il Azərbaycanda 9 minə yaxın kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb


İqtisadiyyat 07 Dek 2019 16:32:00 74 0

Bu il Azərbaycanda 9 minə yaxın kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb

Bu il Azərbaycanda 9 minə yaxın kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, tədbirdə AXA-nın sədri Seymur Mövlayev, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdiri Faiq Bayramov və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin texniki nəzarətin təşkili üzrə mütəxəssisləri iştirak ediblər.

S.Mövlayev bildirib ki, AXA-nın əsas hədəfləri, daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin əlçatanlığını təmin etmək, keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir.

Tədbirdə Agentliyin şöbə müdiri Azər Qarayev “2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə” məlumat verərək bildirib ki, bu ilin 11 ayı ərzində Agentlik tərəfindən 8 958 ədəd nəqliyyat vasitələri dövlət qeydiyyatına alınması, 1 136 ədəd nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi, 2 791 nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, 32 921 ədəd nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, 1 231 ədəd inzibati xəta üzrə protokolun tərtib edilməsi həyata keçirilib. Eyni zamanda bu sahədə mövcud problemlər, onların həlli istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdiri Faiq Bayramov AXA tərəfindən texnikaların elektron qeydiyyat sisteminin və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib, həmçinin texnikadan istifadənin səmərəliliyini artırmaq üçün zəruri tədbirlərin görülməsini məqsədəuyğun hesab edib.

Tədbirdə iştirak edən Dövlət Aqrar İnkişaf Mərkəzinin texniki nəzarətin təşkili üzrə sektor rəhbərlərinin yerlərdəki vəziyyəti barədə məruzələri dinlənilib, müvafiq təkliflər səsləndirilib.

Tədbirin sonunda S.Mövlayev texnikaların qeydiyyatının və baxışının vaxtında aparılması, günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrini, texnikaların uçotunun dəqiqləşdirilməsini, istismar müddəti bitmiş texnikaların dövriyyədən çıxarılmasını, sürücülük vəsiqələrin verilməsinin sürətləndirilməsini, vaxtaşırı monitorinqlərin həyata keçirilməsini, vətəndaşlara layiqincə xidmət göstərilməsini, işə məsuliyyətin daha da artırılmasını, verilən tapşırıqların keyfiyyətlə və layiqincə yerinə yetirilməsini, etik davranış qaydalarına əməl olunmasını və qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə etmələrini tövsiyə edib, mövcud problemlərin qısa zamanda aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Avtobus sürücüsü saxlanılıb - Xuliqanlığa görə like
  • 07 Dek 16:31  
Digərləri Avtobus sürücüsü saxlanılıb - Xuliqanlığa görə

Zabrat qəsəbəsi ərazisində “Daevoo” markalı 166 saylı xətt avtobusun

arrow Ətraflı
4 fərqli "vodolazka" modelləri like
  • 07 Dek 16:30  
Digərləri 4 fərqli "vodolazka" modelləri

Qış mövsümünün vaz keçilməyən "vodolazka"lar artıq qarderobd

arrow Ətraflı
Bitki çayları haqda bilmədiklərimiz like
  • 07 Dek 16:24  
Digərləri Bitki çayları haqda bilmədiklərimiz

Bitki çayları qədim zamanlardan bəri insanların önəm verdiyi və təbibl

arrow Ətraflı
Qışda vacib olan geyimlər like
  • 07 Dek 16:18  
Digərləri Qışda vacib olan geyimlər

Artıq qış sezonunun trendləri özünü göstərməyə başlayıb.

arrow Ətraflı
Gimnastımız Tokioda qızıl medal qazanıb like
  • 07 Dek 16:12  
Digərləri Gimnastımız Tokioda qızıl medal qazanıb

Bu gün Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yar

arrow Ətraflı
Piyada gəzməyin 15 faydası like
  • 07 Dek 16:12  
Digərləri Piyada gəzməyin 15 faydası

Piyada gəzmək insan həytını çətinləşdirməyən, bədəni yormayan, hər

arrow Ətraflı
2020ci ilin PROQNOZLARI like
  • 07 Dek 16:06  
Digərləri 2020ci ilin PROQNOZLARI

Danimarkanın "Saxo Bank" investisiya bankı 2020-ci ilin proqnozları

arrow Ətraflı
Bakıda ruh kameralara düşdü like
  • 07 Dek 16:00  
Digərləri Bakıda ruh kameralara düşdü

Zabratda müşahidə kameralarına maraqlı görüntü düşüb. 

arrow Ətraflı
Energetika naziri: “Saudi Aramco”nun bazar dəyəri 2 trilyon dolları keçəcək” like
  • 07 Dek 15:58  
İqtisadiyyat Energetika naziri: “Saudi Aramco”nun bazar dəyəri 2 trilyon dolları keçəcək”

Energetika naziri: “Saudi Aramco”nun bazar dəyəri 2 trilyon dolları keç

arrow Ətraflı
100 il yaşamaq istəyirsiniz? like
  • 07 Dek 15:54  
Digərləri 100 il yaşamaq istəyirsiniz?

Dünyada bir neçə yüz insan 100 illik yubileyini bayram edib.

arrow Ətraflı
“Xalça diyarına səyahət” uşaq festivalı öz işinə başlayıb like
  • 07 Dek 15:53  
Digərləri “Xalça diyarına səyahət” uşaq festivalı öz işinə başlayıb

Dekabrın 7-si və 8-i Azərbaycan Milli Xalça Muzeyində “Xalça diyarına s

arrow Ətraflı
Görməni artırır, yaddaşı gücləndirir, xərçəng riskini... like
  • 07 Dek 15:48  
Digərləri Görməni artırır, yaddaşı gücləndirir, xərçəng riskini...

Yumurtanın faydaları saymaqla bitmir. Araşdırmalara görə, hər gün münt

arrow Ətraflı
KİV: Naməlum silahlı şəxslər Bağdadda 50 etirazçını güllələyib like
  • 07 Dek 15:47  
Dünya KİV: Naməlum silahlı şəxslər Bağdadda 50 etirazçını güllələyib

"Al Arabiya": mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani m

arrow Ətraflı
Xurmanı qızartmağa çalışmısız? like
  • 07 Dek 15:42  
Digərləri Xurmanı qızartmağa çalışmısız?

Xurma üçün vaxt gəldi, indi istifadə etməyin yeni yollarını sınamağın

arrow Ətraflı