Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək


İqtisadiyyat 07 Dek 2019 10:38:00 135 0

Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

Dekabrın 21-də Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək.

Dekabrın 21-dəBakıda “Marketingguide 2019” tədbiri keçiriləcək.

"Report"a daxil olan məlumata görə, tədbirdə500-ə yaxın qonağın iştirak edəcəyi gözlənilir.

Əsas müzakirə mövzularıkino-media, idman, səhiyyə, istehsal, bank, iaşə, turizm sahəsində marketinqin inkişafı olacaqvə adları çəkilən sahələrdə Azərbaycan və Türkiyədənspikerlər öz təcrübələrini bölüşəcək.Belə ki, Türkiyənin “Ay Yapım və Medd Yapım” şirkətlər qrupunun satış direktoru Deniz Cantutan, “Galatasaray” futbol klubunun marketinq üzrə direktoru Doruk Tufekçi, İstanbulda yerləşən “Johns Hopkins adına Anadolu” xəstaxanalar şəbəkəsinin marketinq koordinatoru Günay Fərzəliyeva, ABAD Publik Hüquqi Şəxsinin Layihələrin İdarəedilməsi Departamentinin direktor müavini Camid Mövsumov və “Dreamland Baku”nun marketinq üzrə mütəxəssisi Sedef Kaynarkanın çıxışları nəzərdə tutulub.

Tədbirin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək olmaq, müasir korporativ idarəetmə mexanizmlərinin şirkətlərdə tətbiq edilməsi,marketinqin son trendlərinin müzakirə olunması, beynəlxalq təcrübənin, strateji həmlələrin tətbiq edilməsi, markalaşmada və xarici bazarlara addımlarda əsas məqamları vurğulamaqdır.