Gürcüstanda qaz istehlakı 15% artıb


İqtisadiyyat 05 Dek 2019 12:23:19 122 0

Gürcüstanda qaz istehlakı 15% artıb

​Gürcüstanda qaz istehlakı 15% artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda istehlak olunan təbii qazın həcmi 1 733,6 mln. kubmetrə bərabər olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkədə “mavi yanacaq” istehlakı 14,8% artıb.

Hesabat dövründə Gürcüstanda 1 071,8 min ton neft və neft məhsulu istehlak edilib ki, bu da illik müqayisədə 7,1% çoxdur.