“BakuTel” sərgisində “Nar” stendinə gələnlər müasir smartfon qazanacaq


İqtisadiyyat 04 Dek 2019 18:30:00 50 0

“BakuTel” sərgisində “Nar” stendinə gələnlər müasir smartfon qazanacaq

​“BakuTel” sərgisində “Nar” stendinə gələnlər müasir smartfon qazanacaq

Ölkənin ən gənc mobil operatoru “Nar” “BakuTel-2019” - 25-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir. Hər zaman müştəriyönümlü addımları və yenilikləri ilə seçilən “Nar” yubiley sərgisində interaktiv stendi ilə ziyarətçiləri qarşılayır.

“Nar” abunəçiləri hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqini yükləməklə müsabiqədə iştirak haqqı qazanırlar. Bütün sərgiboyu keçiriləcək müsabiqənin qalibləri hər günün sonunda elan ediləcək və müasir smartfonla təltif olunacaqlar. Stendin diqqətçəkən xüsusiyyətlərindən biri də “Nar”ın yüksəkkeyfiyyətli şəbəkəsini özündə təcəssüm etdirən maraqlı aktivliklərin təqdim olunmasıdır. Belə ki, hər bir sərgi iştirakçısı xüsusi ayrılmış qapalı zonada virtual reallıq oyunlarını sınaqdan keçirmək şansına malikdir. Bundan başqa, ziyarətçilər həm də 4G şəbəkəsinin sürətini yerindəcə test edə bilərlər.

Mobil operator hər kəsi 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci “BakuTel-2019” sərgisindəki “Nar” stendinə dəvət edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
"Evimdə kombi işləmir, soyuqlamışam" like
  • 04 Dek 18:29  
Şou-biznes "Evimdə kombi işləmir, soyuqlamışam"

Görkəmli sənətkar, kino aktyoru, Azərbaycanın xalq artisti Rasim Balayevin

arrow Ətraflı
Reanimasiyaya yerləşdirilən Rafael Dadaşov danışdı like
  • 04 Dek 18:24  
Şou-biznes Reanimasiyaya yerləşdirilən Rafael Dadaşov danışdı

Ötən gün reanimasiyaya yerləşdirilən Xalq artisti Rafael Dadaşovun səhh

arrow Ətraflı
Sərhədsiz dəb! Bakıda sağlamlıq imkanları məhdud uşaqların dəfiləsi keçirildi like
  • 04 Dek 18:19  
Digərləri Sərhədsiz dəb! Bakıda sağlamlıq imkanları məhdud uşaqların dəfiləsi keçirildi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş 11 saylı xüsusi təhsil

arrow Ətraflı
Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib - YENİLƏNİB like
  • 04 Dek 18:09  
Siyasət Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiy

arrow Ətraflı
“Könüllülük sərhəd tanımır!” aksiyası keçirilib like
  • 04 Dek 18:08  
Sosial “Könüllülük sərhəd tanımır!” aksiyası keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının

arrow Ətraflı