"Bakcell" “099” prefiksini yaxın gələcəkdə istifadəyə veriləcəyini elan etdi


İqtisadiyyat 04 Dek 2019 17:38:34 58 0

"Bakcell" “099” prefiksini yaxın gələcəkdə istifadəyə veriləcəyini elan etdi

​Bakcell "Bakutel -2019" sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi

"Bakcell" şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edir.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, şirkət öz ənənəsinə sadiq qalaraq bu il də öz stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini, məhsul və xidmətlərini nümayiş etdirir, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edir.

Bundan əlavə,"Bakcell"öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edir.

Ən üstün əhatə dairəsi və ən sürətli mobil internet

“Bakutel-2019” sərgisində quraşdırılmış Bakcell stendinin qonaqları ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilərək ardıcıl olaraq 3 dəfə Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsəti qazanacaqlar.

Bu gün 8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət əhatə dairəsi və trafik buraxma qabiliyyəti baxımdan ölkənin ən geniş və sürətli 4G şəbəkəsinə malikdir.

Mənim Bakcellim: virtual müştəri xidməti mərkəzi

Bundan əlavə, sərgi ziyarətçiləri ölkənin telekommunikasiya bazarında ilk virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat almaq imkanına malik olacaqlar.

“Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək imkanı verir. “Mənim Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri təqdim edir.

"AppLab": Azərbaycan gəncləri üçün yeni imkanlar

"Bakcell" stendində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən AppLap proqramı və bu proqram çərçivəsində startaplar tərəfindən yaradılmış 2 layihə təqdim edilir.

Buradakı Buradakı “ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkədir. “Bon.az” isə istifadəçilərin onlayn alış-verişdən “cashback” əldə etməsi üçün yaradılan sistemdir.

Bakcell və “Ulduzum”dan çoxlu hədiyyələr

Bakcell şirkətinin “Bakutel 2019” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz ayrılmayacaqlar. Onlar “Ulduzum” loyallıq tərəfindən təşkil edilmiş oyunda iştirak edib şənlənməyə, hədiyyələr qazanmağa və Bakcell şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət olunacaqlar.

Bundan əlavə "Bakcell" stendində Virtual Reallıq oyunlarını oynamaq və lotereyalarda iştirak edib çoxlu hədiyyələr qazanmaq da olar.

Mehriban və əyləncə dolu bir mühitdə ölkənin ən üstün şəbəkə və müştəri təcrübəsi barədə məlumat alıb unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti “Bakutel 2019” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə dəvət edir

Xatırladaq ki, Azərbaycanın ilk Mobil Operatoru "Bakcell" şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər

Penitensiar Xidmətin rüşvətdə təqsirləndirilən zabitinə hökm oxundu like
  • 04 Dek 17:35  
Digərləri Penitensiar Xidmətin rüşvətdə təqsirləndirilən zabitinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən

arrow Ətraflı
Bu da Pərvizin UŞAQLIQ like
  • 04 Dek 17:34  
Şou-biznes Bu da Pərvizin UŞAQLIQ

Meyxanaçı Pərviz Bülbülə arxiv fotosunu yayımlayıb.

arrow Ətraflı
İraq naziri: “OPEC+ ölkələri sazişin uzadılmasını nəzərdən keçirəcəklər” like
  • 04 Dek 17:33  
İqtisadiyyat İraq naziri: “OPEC+ ölkələri sazişin uzadılmasını nəzərdən keçirəcəklər”

​İraq naziri: “OPEC+ ölkələri sazişin uzadılmasını nəzərdən keçi

arrow Ətraflı
Bakıda 73 yaşlı qadını sifarişlə öldürən şəxslərin məhkəməsi başladı like
  • 04 Dek 17:29  
Digərləri Bakıda 73 yaşlı qadını sifarişlə öldürən şəxslərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində 73 yaşlı qadını sifarişlə qətl

arrow Ətraflı
Tanınmış incəsənət nümayəndələri əlilliyi olan şəxslərlə bir səhnədə (FOTO) like
  • 04 Dek 17:29  
Digərləri Tanınmış incəsənət nümayəndələri əlilliyi olan şəxslərlə bir səhnədə (FOTO)

Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-m

arrow Ətraflı
Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib like
  • 04 Dek 17:25  
Siyasət Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Birləşmiş

arrow Ətraflı
İt mikrodalğalı sobanı işə saldı - Evi yandırdı like
  • 04 Dek 17:23  
Digərləri İt mikrodalğalı sobanı işə saldı - Evi yandırdı

Böyük Britaniyanın Esseks qraflığında it evdə yanğına səbəb olub.

arrow Ətraflı
Gürcüstan azərbaycanlıları Tbilisidə milli adətlərini nümayiş etdiriblər - FOTO like
  • 04 Dek 17:21  
Dünya Gürcüstan azərbaycanlıları Tbilisidə milli adətlərini nümayiş etdiriblər - FOTO

Tbilisidə yerləşən Gənclər Sarayında “Çoxmillətli Gürcüstan” adl

arrow Ətraflı
Azərbaycanlı aktyor rus serialında like
  • 04 Dek 17:19  
Digərləri Azərbaycanlı aktyor rus serialında

Bir neçə ay öncə məşhur rusiyalı rejissor Mixail Şevçukun "Mask-E-

arrow Ətraflı
Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır (Müsahibə) like
  • 04 Dek 17:18  
Digərləri Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır (Müsahibə)

Unibank daxili ideyalara, təkliflərə və onların təcrübədə tətbiqinə 1

arrow Ətraflı
Şeyxülislam Ordubadda "Allahşükür" məscidinin açılışında iştirak edib like
  • 04 Dek 17:16  
Sosial Şeyxülislam Ordubadda "Allahşükür" məscidinin açılışında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı