"UniCredit" 8 min işçisini ixtisar edəcək


İqtisadiyyat 03 Dek 2019 11:50:07 119 0

"UniCredit" 8 min işçisini ixtisar edəcək

Baş ofisi İtaliyanın Milan şəhərində yerləşən "UniCredit SpA" bankının baş direktoru (CEO) Jan Pier Mustier rəhbərlik etdiyi maliyyə qurumunun 4 illik strateji planını açıqlayıb

Baş ofisi İtaliyanınMilan şəhərində yerləşən"UniCredit SpA" bankının baş direktoru (CEO) Jan Pier Mustier rəhbərlik etdiyi maliyyə qurumunun 4 illik strateji planını açıqlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, plan bankın 2 milyard avro dəyərində səhmlərinin geri alınmasını, eləcə də 8 min işçisinin ixtisar edilməsini nəzərdə tutur.

Son nəticədə "Unicredit"in əməkdaşlarının 9%-i işini itirəcək, Bankın isə təxminən 500 filialı bağlanacaq.

Xatırladaq ki, "UniCredit" ötən həftəTürkiyənin "Yapı Kredi Bank"ındakı payını digər səhmdara - "Koç Holdinq"ə satıb.