Küveyt "Saudi Aramco"un 1 milyard dollarlıq səhmini alacaq


İqtisadiyyat 03 Dek 2019 11:36:48 132 0

Küveyt "Saudi Aramco"un 1 milyard dollarlıq səhmini alacaq

Səudiyyə Ərəbistanının milli neft şirkəti - "Saudi Aramco"un səhmlərinin kütləvi tədavülünə (IPO) dəstəklə bağlı rəsmi Ər-Riyadın bölgədəki müttəfiqlərinə etdiyi müraciətə Küveyt müsbət cavab verib

Səudiyyə Ərəbistanının milli neft şirkəti -"Saudi Aramco"un səhmlərinin kütləvi tədavülünə (IPO) dəstəklə bağlı rəsmi Ər-Riyadın bölgədəki müttəfiqlərinə etdiyi müraciətə Küveyt müsbət cavab verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu ölkə 1 milyard dollarlıq səhm almaq niyyətindədir.

Məlumata görə, Küveytin investisiya təşkilatı bu addımı doğru hesab etməsə də,hökumət sözügedən investisiyanın strateji maraqlara uyğun olduğunu bildirib. Bundan sonraBirləşmiş Ərəb Əmirlikləri də "Saudi Aramco"nunsəhmlərinə 1,5 milyard dollar pul qoyacağını açıqlayıb.

Xatırladaq ki, dünyanın ən böyük şirkətlərindən biri səhmlərinin 1,5%-ni satmaqla25 milıyard dollar gəlir əldə etməyi planlaşdırır.