Sabahdan Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq


İqtisadiyyat 28 Noy 2019 12:23:33 110 0

Sabahdan Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar olaraq Bakının bir sıra yollarında avtonəqliyyat vasitələrinin hərəkəti noyabrın 29-dan etibarən qismən məhdudlaşdırılacaq

Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsi arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti noyabrın 29-danetibarən qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Report"a verilən məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdənAAYDAsözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.