Bakının Hənifə Ələsgərova küçəsində piyadalar üçün səki inşa edilib


İqtisadiyyat 27 Noy 2019 16:30:23 119 0

Bakının Hənifə Ələsgərova küçəsində piyadalar üçün səki inşa edilib

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Hənifə Ələsgərova küçəsində yerləşən avtobus dayanacaq məntəqəsindəki “cib” ləğv edilərək piyadalar üçün səki inşa edib

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Hənifə Ələsgərova küçəsində yerləşən avtobus dayanacaq məntəqəsindəki “cib”i ləğv edərək piyadalar üçün səki inşa edib.

Bu barədə "Report"a BNA-dan bildirilib.

Məlumatda deyilir ki, dəyişiklik həyata keçirilməmişdən əvvəl sözügedən avtobus dayanacaq məntəqəsində aşağıda göstərilən problemlər mövcud idi.Avtobus dayanacaq pavilyonu səkini zəbt etdiyindən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırdılar ki, bu da onların həyatları üçün real təhlükə mənbəyinə çevirilir. “Cib”in standartlara uyğun olmaması səbəbindən avtobuslar “cib”ə daxil ola bilmir, dayanacaq pavilyonunun önündə sərnişinlərin dayanması üçün sahə qalmırdı.Dəyişiklik həyata keçirildikdən sonra artıq avtobuslar daha qısa müddətə minib-düşməni həyata keçirir və səkiyə daha rahat yan alır, piyadalar səki ilə daha rahat və təhlükəsiz şəkildə hərəkət edir, sərinişinlər avtobusları dayanacaq pavilyonunun önündə təşkil edilmiş təhlükəsiz sahədə gözləyir.

Bundan başqa, görmə məhdudiyyətli insanlar üçün səkidə hiss edilə bilən (tactile) döşəmələr də yerləşdirilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək