BMT rəsmisi: "Bizə məsuliyyətli biznes lazımdır"


İqtisadiyyat 26 Noy 2019 10:58:14 247 0

BMT rəsmisi: "Bizə məsuliyyətli biznes lazımdır"

Dünya ölkələri dayanıqlı inkişaf planlarını qəbul ediblər: "Bu çox böyük nailiyyət idi.17 dayanıqlı inkişaf məqsədləri qəbul edilib"

"Dayanıqlı inkişaf məqsədləriməsuliyyətli biznes üçün önəmlidir".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən“Azərbaycanda Məsuliyyətli Biznes” adlı konfransda BMT-nin Qlobal Sazişinin BMT Münasibətləri və Tərəfdaşlıq üzrə Baş direktoru Angus Rennie bildirib.

Onun sözlərinə görə, dünya ölkələri dayanıqlı inkişaf planlarını qəbul ediblər:" Bu çox böyük nailiyyət idi.17 dayanıqlı inkişaf məqsədləri qəbul edilib. Biz 2030-cu ilə qədər bir sıra çağırışlara çatmış olacağıq".

A.Rennie qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərində çatmaq üçünantikorrupsiya tədbirləri təmin edilməlidir: "Şirkətlər bu məsələdə birgə çalışmalıdır. Bizə məsuliyyətli biznes lazımdır. Dayanıqlı inkişaf məqsədləri məsuliyyətli biznes modellərini təklif edir".

O vurğulayıb ki, bizim əlavə planetimiz yoxdur ordan resurslar cəlb edək: "Milyonlarla cinslər dünyada məhv olur".