Bakı Sağlamlıq Mərkəzi ötən il 14 milyon manatdan çox mənfəət əldə edib


İqtisadiyyat 25 Noy 2019 11:47:22 486 0

Bakı Sağlamlıq Mərkəzi ötən il 14 milyon manatdan çox mənfəət əldə edib

​Səhiyyə Nazirliyinə məxsus Bakı Sağlamlıq Mərkəzi (BSM) 2018-ci ili 14,245 milyon manat mənfəətlə başa vurub

Səhiyyə Nazirliyinə məxsus Bakı Sağlamlıq Mərkəzi (BSM) 2018-ci ili 14,245 milyon manat mənfəətlə başa vurub. Halbuki tibb müəssisəsi 2017-ci ildən 4,834 milyon manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il BSM-in birja əməliyyatlarından gəlirləri 1,226 milyon manat (əvvəlki il olmayıb), qeyri-birja əməliyyatlarından gəlirləri 27,47 milyon manat (illik müqayisədə 8,65 dəfə çox), birja əməliyyatlatının maya dəyəri 8,879 milyon manat (əvvəlki il olmayıb), qeyri-birja əməliyyatlarının maya dəyəri 4,453 milyon manat (62,7% az), sair əməliyyat gəlirləri 27 min manat (99,3% az), əmlakın əvəzsiz verilməsindən itkiləri isə 1,145 milyon manat (əvvəlki il olmayıb) təşkil edib. Mərkəz mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə BSM-in aktivləri 101,279 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 30,4% çoxdur. 2018-ci ildə Mərkəzin öhdəlikləri 24 dəfə artaraq 25,802 milyon manata çatıb, balans kapitalı isə 1,4% azalaraq 75,477 milyon manata düşüb.