Valentina Matviyenko: "Şimal-Cənub dəhlizi Cənubi Asiyadan Avropaya daşımaları xeyli tezləşdirəcək"


İqtisadiyyat 23 Noy 2019 14:34:44 270 0

Valentina Matviyenko: "Şimal-Cənub dəhlizi Cənubi Asiyadan Avropaya daşımaları xeyli tezləşdirəcək"

Rusiyanın Azərbaycana birbaşa sərmayələri 1,5 milyard dollara yaxındır

Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı və tərəfdaşlıqmünasibətlərinolduğunu qeyd edənRusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədriValentina Matviyenko ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin 14 faiz artaraq 2,5 milyard dollara çatdığını dilə gətirib.

“Report” xəbər verir ki, Moskvada keçirilən X Rusiya – Azərbaycan regionlararası forumdakı çıxışı zamanı Rusiyanın qeyri-xammal məhsullarının idxal-ixracında Azərbaycanın mühüm tərəfdaşı olduğunu deyən rusiyalı spiker Rusiyanın Azərbaycana birbaşa sərmayələrinin 1,5 milyard dollara yaxın olduğunu, hazırda Azərbaycan bazarında 700-dək birgə müəssisənin fəaliyyət göstərdiyini qeyd edib.

Şimal–Cənub nəqliyyat dəhlizinin təşəkkülündə də qarşılıqlı fəaliyyətin inkişafda olduğunu diqqətə çatdıran spiker bu dəhlizin Cənubi Asiyadan Azərbaycan və Rusiya təriqilə Avropaya daşımaları xeyli tezləşdirəcəyini, Avrasiyanın ən böyük nəqliyyat dəhlizinə çevriləcəyini bildirib.

İki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafı üçün regionlar səviyyəsindəki əlaqələrin əhəmiyyətli yer tutduğunu söyləyən V.Matviyenko hazırda RF-nin 72 inzibati vahidinin Azərbaycanla ticarət əlaqələrinə malik olduğunu, bunlar arasında Moskva və Moskva vilayətinin, Sankt Peterburqun qabaqcıl mövqelərdə olduğunu vurğulayıb.