“Azərbaycan Dəmir Yolları : Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb


İqtisadiyyat 22 Noy 2019 12:39:12 322 0

“Azərbaycan Dəmir Yolları : Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb

Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının kontakt rabitə şəbəkəsində nasazlıq yaranıb

Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-ninXırdalan stansiyasının kontaktrabitə şəbəkəsində nasazlıq yaranıb.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumatda deyilir ki,yağışlı hava şəraitinin yaratdığıatmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib. Bununla da, Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə dayanmalı olub.Nasazlıq təcili aradan qaldırılıb və qatarlar hazırda qrafikə uyğunhərəkət edir.

“Azərbaycan Dəmir Yolları” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.