ABŞ-ın neft ixracı 15% artıb


İqtisadiyyat 21 Noy 2019 12:00:07 417 0

ABŞ-ın neft ixracı 15% artıb

ABŞ-ın xam neft ehtiyatları 8-15 noyabr həftəsində 1,4 milyon barel və yaxud 0,3% artaraq 450,4 milyon barrelə çatıb

ABŞ-ın xam neft ehtiyatları 8-15 noyabr həftəsində1,4 milyon barel və yaxud 0,3% artaraq 450,4 milyon barrelə çatıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) açıqlamasında bildirilir.

Xatırladaq ki, ekspertlərin həftəlik artımla praqnozu 1,5 milyon barel idi.

Hesabat dövründəABŞ-ın strateji xam neft ehtiyatları isə 2 milyon barrel və yaxud 0,3% azalaraq 637,5 milyon barelə düşüb.

Həftə ərzində ABŞ gündəlik neft idxalını222 min barrel və yaxud 3,9% artıraraq 5,9 milyon barelə, gündəlik neft ixracını isə394 min barrel və yaxud 15% artıraraq 3 milyon barrelə çatdırıb. Bu müddətdəABŞ-da gündəlik neft istehsalı isə12,8 milyon barel olub.