Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar üzrə builki proqnoz yerinə yetirilib


İqtisadiyyat 21 Noy 2019 11:41:41 316 0

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar üzrə builki proqnoz yerinə yetirilib

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar üzrə builki proqnoz yerinə yetirilib

Bu ilin əvvəlindən indiyə qədər Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə daxilolmalar 87,6 milyon manat təşkil edib.

"Report" bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2019-cu il üzrə büdcə proqnozundan 7,6 milyon manat və yaxud 10,95% çoxdur.

Bu il125 özəlləşdirmə hərracı keçirilib. Hərrac iştirakçıları 122 sifarişi onlayn formada verib. Elektron hərrac sistemi ilə 10 iştirakçı hərraca onlayn formada qoşulub.

2019-cu ildə4 səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib və həmin dövlət əmlakları özəlləşdirilib.