Dünya üzrə alüminium istehsalı artıb


İqtisadiyyat 20 Noy 2019 16:52:06 402 0

Dünya üzrə alüminium istehsalı artıb

Bu ilin oktyabr ayında dünyada alüminium istehsalının həcmi sentyabr ayı ilə müqayisədə 73 min ton və yaxud 3,4% artaraq 2,228 milyon tona çatıb

Bu ilin oktyabr ayında dünyada alüminium istehsalının həcmisentyabr ayı ilə müqayisədə 73 min ton və yaxud 3,4% artaraq 2,228 milyon tona çatıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Alüminium İnstitutunun (IAI) hesabatında bildirilir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə qlobal alüminium istehsalının həcmi14 min ton və ya 0,6% artıb.