BBF-in dəstəklədiyi layihə investisiya cəlb edib


İqtisadiyyat 06 Sen 2018 13:59:03 98 0

BBF-in dəstəklədiyi layihə investisiya cəlb edib

​Vətəndaşlar ən sərfəli şərtlərlə kredit əldə edəcək

“Baku Business Factory”nin (BBF) dəstəklədiyi “Alkredit” layihəsi investisiya cəlb edib.

“Report” xəbər verir ki, “Alkredit.az” portalının təsisçisi “Move Consulting” şirkəti ilə Azərbaycanda konsaltinq və marketinq kommunikasiyaları sahəsində fəaliyyət göstərən “Quality Solutions” şirkəti arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Müqaviləni “Move Consulting” təsisçiləri Elşad Yusifli və Rəşad Eyvazov, “Quality Solutions” şirkətinin direktoru Taleh Tahirli imzalayıblar.

E.Yusifli layihəyə 2015-ci ildən start verdiklərini bildirib. Onun sözlərinə görə, bu ildən bank sektorunun yenidən canlanması “Alkredit.az” portalının genişləndirilməsinə zərurət yaradıb.

“Burada söhbət investisiyanın həcmindən deyil, ciddi strateji əməkdaşlıqdan gedir. Bundan sonra, “Alkredit.az”ın genişləndirilməsi, layihənin böyüməsi, banklarla sıx əməkdaşlığı üçün “Quality Solutions” şirkəti ilə əməkdaşlıq edəcəyik. Biz portala texniki dəstək verəcəyik, portalın texniki imkanlarını genişləndirərək fəaliyyətinin daha da optimallaşdırılması üçün işlər görəcəyik, “Quality Solutions” şirkəti isə portalın fəaliyyətinin genişlənməsində əlindən gələni edəcək”, - deyə E.Yusifli bildirib.

Yeniliklərə gəlincə, E.Yusfli əlavə edib ki, əvvəl “Alkredit.az”da bankların kreditləri müştərilərə təklif edilib: “Bundan sonra isə müştəridən kredit sifarişlərini aldıqdan sonra onu banklara təklif edəcəyik. Bununla da müştəriyə onun şərtlərinə uyğun ən yaxşı bank barədə məsləhət verəcəyik. Müştəri müraciət edərkən bankları seçmir, şərtləri yazır, biz isə onun şərtlərini əməkdaşlıq etdiyimiz banklara göndəririk. Çox qısa zamanda müştərilər üçün portalın IOS və Android sistemlərində mobil tətbiqi versiyası buraxılacaq ki, bu da vətəndaşların müraciət imkanlarını xeyli asanlaşdıracaq”.

“Quality Solutions” şirkətinin direktoru Taleh Tahirlinin sözlərinə görə, “Alkredit.az” kredit əldə etmək üçün müraciət portalı olmaqla, həm banklar, həm də vətəndaşlar qarşısında yeni imkanlar açır.

“Məqsədimiz ilk öncə banklar üçün düzgün müştərinin, müştərilər üçün isə uyğun bankın tapılmasıdır. Yəni, “Alkredit.az” layihəsi ilə biz istiqamətləndirici, vasitəçi funksiyasını icra edirik ki, bu da həm bankların fəaliyyətinə, həm də müştərilərə effektiv təsir göstərir. Başqa sözlə desək, biz banklarla danışıqlar apararaq sərfəli kredit şərtlərini potensial kredit almaq istəyən müştərilərə təqdim edirik. Həmçinin, portala müraciət edən və kredit almaq istəyən müştərilərin təhlilini apararaq müvafiq göstəricilərə malik olan müştəriləri banklara istiqamətləndiririk ki, bu da öz növbəsində bankların işini yetərincə asanlaşdırır. Biz “Alkredit.az” portalının işində məsuliyyətli kreditləşmə prinsiplərindən çıxış edirik ki, bu da banklar üçün sağlam kredit portfelinin yaranmasına kömək edəcək”, - deyə T.Tahirli qeyd edib.

Qeyd edək ki, artıq tam yeni formatda istifadəyə verilmiş portal vasitəsilə indi müştərilər banklardan müxtəlif təyinatlı kreditlər əldə edə, banklar isə düzgün yönləndirilmə nəticəsində müştərilərə sağlam kredit vermək istiqamətində daha effektiv çalışa biləcəklər.

"Alkredit.az" portalı həm banklara, həm də kredit əldə etmək istəyən şəxslərə bir çox üstünlüklər verir. Bu üstünlüklərə portalda bir çox bankların təmsil olunması, kredit almaq istəyənşəxslərin rahat onlayn müraciət imkanı və onların sərfəli şərtlərlə kredit verən banklara yönləndirilməsi daxildir. Bu da öz növbəsində banklar üçün artıq ilkin təhlil edilmiş, sağlam müştəri deməkdir. Nəticədə istər müraciət edən şəxslər, istərsə dəbanklar vaxta qənaət etmiş olurlar. Həmçinin, "Alkredit.az" platforması kredit almaq üçün sərfəli şərtlər təqdim edir. Portal vasitəsilə dörd kredit məhsulu - kredit kartı, istehlak krediti, ipoteka krediti və biznes kreditinin alınması üzrə banklara müraciət etmək mümkündür. Üstünlüklər sırasında sürətli xidmət və müraciət edən şəxslərin məlumatlarının konfidensiallığının tam qorunması da var.

Daha ətraflı məlumatı www.alkredit.az və www.qualitysolutions.az internet saytlarından əldə etmək mümkündür.

"Bir anda milyonçu oldum"  Xalq artisti like
  • 06 Sen 13:55  
Kriminal "Bir anda milyonçu oldum" Xalq artisti

"Həyatda milyoner olmasam da, axır ki, bu mənə nəsib oldu, filmdə bir

arrow Ətraflı
Qaraqurd və sarı əqrəb sancanların STATİSTİKASI like
  • 06 Sen 13:53  
Digərləri Qaraqurd və sarı əqrəb sancanların STATİSTİKASI

Azərbaycanda avqust ayında 6 nəfər qaraqurd, 8 nəfər sarı əqrəb sancmas

arrow Ətraflı
Slavçev: "Bu formatda yarış keçirmək lazım idi" like
  • 06 Sen 13:53  
İdman Slavçev: "Bu formatda yarış keçirmək lazım idi"

Qarabağ və Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slav&

arrow Ətraflı
Oğul müğənni anasını təhqir edəni təyyarədə döydü like
  • 06 Sen 13:50  
Digərləri Oğul müğənni anasını təhqir edəni təyyarədə döydü

Müğənni Hande Yener oğlu Çağın Kulaçoğlu ilə Bodruma gedərkən təyya

arrow Ətraflı
Bəy toy gecəsi öldü  Gəlinin fəryadı ürək dağladı  FOTO like
  • 06 Sen 13:45  
Dünya Bəy toy gecəsi öldü Gəlinin fəryadı ürək dağladı FOTO

37 yaşlı bəy toyundan bir neçə saat sonra dünyasını dəyişib.

arrow Ətraflı
Gün ərzində 107 cinayət faktı qeydə alınıb like
  • 06 Sen 13:44  
Digərləri Gün ərzində 107 cinayət faktı qeydə alınıb

Sentyabrın 5-dən 6-dak daxili işlər orqanlarında qeydə alınmış cinayət

arrow Ətraflı
Azərbaycan və Ukrayna universitetləri birgə bakalavr hazırlığına başlayır  - FOTO like
  • 06 Sen 13:43  
Sosial Azərbaycan və Ukrayna universitetləri birgə bakalavr hazırlığına başlayır - FOTO

Poltava Milli Texniki Universitetində Uktayna – Azərbaycan Mədəniyyət Mə

arrow Ətraflı
İlin sonunadək Azərbaycan bir neçə sərgidə ölkə stendi ilə təmsil olunacaq like
  • 06 Sen 13:41  
Digərləri İlin sonunadək Azərbaycan bir neçə sərgidə ölkə stendi ilə təmsil olunacaq

İlin sonunadək Azərbaycan bir neçə sərgidə ölkə stendi ilə təmsil olu

arrow Ətraflı
Gəncədə məhkəmə binasının qarşısında arvadını qətlə yetirən şəxs saxlanılıb like
  • 06 Sen 13:40  
Sosial Gəncədə məhkəmə binasının qarşısında arvadını qətlə yetirən şəxs saxlanılıb

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi aç

arrow Ətraflı
Gömrükçülər qanunsuz yolla keçirilən xeyli miqdarda siqaret aşkarladı like
  • 06 Sen 13:38  
Digərləri Gömrükçülər qanunsuz yolla keçirilən xeyli miqdarda siqaret aşkarladı

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 211099"

arrow Ətraflı
“Şanxay”: yeni Bakının köhnə üzü  FOTO like
  • 06 Sen 13:36  
Digərləri “Şanxay”: yeni Bakının köhnə üzü FOTO

50-ci illərin əvvəllərində Nizami rayonunun Keşlə qəsəbəsində "

arrow Ətraflı
“Taliban” hərbçilərə hücum etdi: like
  • 06 Sen 13:33  
Dünya “Taliban” hərbçilərə hücum etdi:

Əfqanıstanın şimal-qərbindəki Badgis əyalətində "Taliban" rad

arrow Ətraflı
Bakıda yolu keçən piyadanı maşın vurub like
  • 06 Sen 13:33  
Digərləri Bakıda yolu keçən piyadanı maşın vurub

Nərimanov rayonunun Z.Bünyadov prospektində “Mercedes” markalı avtomobil

arrow Ətraflı
Unibank ilk Agile Məhsulunu Biznes müştərilərinə təqdim etdi! like
  • 06 Sen 13:32  
Digərləri Unibank ilk Agile Məhsulunu Biznes müştərilərinə təqdim etdi!

Artıq Unibankın biznes müştəriləri ümumiyyətlə banka gəlmədən bir ne

arrow Ətraflı