İyulda OPEC+ sazişinin icra səviyyəsi 109% təşkil edib


İqtisadiyyat 28 Avq 2018 06:42:00 386 0

İyulda OPEC+ sazişinin icra səviyyəsi 109% təşkil edib

İyunda bu göstərici 121 faizə bərabər olub

OPEC+ sazişinin iştirakçıları iyul ayında onu 109 faiz yerinə yetirərək qarşıya qoyulan 100 faizlik hədəfə yaxınlaşıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Agentliyin məlumatına görə, bu göstərici bazar ertəsi OPEC+ yanında nazirlərin monitorinq komitəsinin telekonfrans rejimində keçirilən iclasında səsləndirilib.

İyunda sazişin icrası üzrə göstərici 121 faiz təşkil edib.