STAR zavoduna ilk xam neft yükü çatdırılıb


İqtisadiyyat 03 Avq 2018 16:10:51 152 0

STAR zavoduna ilk xam neft yükü çatdırılıb

Zavod üçün ilk neft yükü Azərbaycan nefti olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodunda emal olunmaq üçün ilk xammal qəbul olunub.

“Report” xəbər verir ki, STAR zavodu üçün “Absheron” adlı tankerlə 80 min ton həcmində “AzeriLight” markalı ilk xam neft yükü çatdırılıb.

Fəaliyyətə başlama ərəfəsində olan zavodda oktyabr ayına qədər sınaq məqsədi ilə emal həyata keçiriləcək:

"SOCAR tərəfindən 6,3 mlrd. dollarlıq investisiya ilə qurulan STAR NEZ Türkiyədə özəl sektor tərəfindən həyata keçirilən ən böyük investisiya olmaqdadır və avqust ayı etibarı ilə zavodda ilk test emalı həyata keçirilməyə başlanıb. STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədi ilə 80 min tonluq ilk xam neft 244 metr uzunluğundakı “Absheron” tankeri ilə gətirilib. Bu ilk xam neft SOCAR-ın vətəni Azərbaycandan gələn “AzeriLight” markalı neftdir",- "SOCAR Turkey Enerji A. Ş."dən bildirilib.

İlk xam neftin gəlişi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyətinin uğurlu bir şəkildə davam etdiyini qeyd edib. “STAR NEZ-in ilk neftinin “AzeriLight” markalı neft olmağı bizim üçün böyük məna ifadə etməkdədir. “SOCAR Turkey” olaraq Türkiyənin ən böyük sənaye qrupu olma yolunda hər keçən il sürətlə irəliləyərkən, strateji investisiyalarımızla ölkə iqtisadiyyatına və sənayesinə güç qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxalata bağılılığı və cari kəsiri azaldan, yeni iş yerləri yaradan sərmayələrimizi, önümüzdəki illərdə də genişlədəcəyik”,-Z. Qəhrəmanov qeyd edib. SOCAR-ın strateji böyümə trendləri arasında xarici bazarlardakı investisyaların genişləndirilməsinin önəmli bir yer tutduğunu qeyd edən Qəhrəmanov bildirib ki, dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR, bir çox ölkədə fəaliyyətlərini davam etdirir. “Bu ölkələr arasında Türkiyə, bizim üçün çox önəmli bir yerə sahibdir. SOCAR olaraq Azərbaycan və Türkiyə

iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəcəyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir. Fürsətdən istifadə edərək, Türkiyə və Azərbaycan hökümətlərinə də buradan təşəkkürlərimi bildirirəm”.

“STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter bildirib ki, Avropa, Orta Şərq və Afrikanı əhatə edən, bölgədəki ən böyük neft əməliyyatlarından biri olan STAR NEZ-də fəaliyyətə başlamadan əvvəl ən vacib məqamlardan biri sayılan sınaq fəaliyyəti üçün ilk neftin Azərbaycandan gəlməyinin iki qardaş ölkə arasındakı bu tarixi əməkdaşlığın bir nümunəsidir:

“Müəssisələrimizdə istismaravermə hazırlıqları və sınaq işlərindən sonra ilk testimizi də reallaşdırma mərhələsinə gəldik. Hədəfimiz, STAR NEZ-i planlaşdırdığımız kimi, bu ilin üçüncü rübündə etibarlı bir şəkildə tamamlayaraq fəaliyyətə başlamağını təmin etmək, eyni zamanda Azərbaycan və Türkiyə iqtisadiyyatlarına dəyər qatmaqdır”. STAR NEZ-in iqtisadiyyatın vacib dinamiklərindən biri olacağını ifadə edən İlter bildirib ki, Türkiyəninin ilk Strateji Yatırım Təşviq Sənədinə sahib olan STAR NEZ, Türkiyədə cari kəsirin azalmağına hər il 1,5 mlrd. dollarlıq töhvə verəcək:

“İlk elektrik enerjisinin verilməsindən- 2017-ci ilin avqust ayından bugünə böyük bir əzm və qərarlılıqla fəaliyyət göstəririk. Artıq istehsaldan əvvəl son mərhələdəyik. Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük dəyər qatacaq istehsal əməliyyatına ilk xam neftin axışıyla başlamış oluruq. Bu, bizim üçün böyük bir qürur qaynağıdır. 4,8 mln. ton dizel yanacağı ve 1,6 mln. ton nafta ilə bərabər ölkəmizdəki cari kəsirin önəmli hissələrindən olan jet yanacağı və LPG kimi neft məhsullarının istehsalını da reallaşdıracaq olan STAR NEZ ilə Türkiyənin, global enerji bazarında rəqabət gücü də artacaq”.

“SOCAR Turkey”in hədəfləri arasında böyük önəmə sahib olan neft-emalı və neft-kimya inteqrasyasını təmin edəcək və qrup şirkətlərindən biri olan və Türkiyənin ilk neft-kimya təsisi Petkimin xammaddə ehtiyacının tamamına yaxınını təmin edəcək STAR NEZ yeni iş yerlərinin açılmasına da töhvə verəcək. Layihənin həyata keçirilmə müddətində 19 500 içşi sayına sahib zavod, İstehsala başladığında 1 100 nəfərlik yeni iş yeri təmin edəcək.

Türkiyəli müğənni məşhur Azərbaycan mahnısına klip çəkdirdi like
  • 03 Avq 16:08  
Digərləri Türkiyəli müğənni məşhur Azərbaycan mahnısına klip çəkdirdi

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur ifaçı Ziynet Sali bəstəkar v

arrow Ətraflı
Əfqanıstanda məsciddə dəhşətli partlayış like
  • 03 Avq 16:05  
Dünya Əfqanıstanda məsciddə dəhşətli partlayış

Əfqanıstanın şərqindəki Qardez şəhərində (Paktiya vilayəti) məscidd

arrow Ətraflı
Narkotik və psixotrop maddələrin qaçaqmalçılıqla ölkəyə keçirilməsi cəhdləri artıb like
  • 03 Avq 16:05  
Digərləri Narkotik və psixotrop maddələrin qaçaqmalçılıqla ölkəyə keçirilməsi cəhdləri artıb

Son aylar narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yo

arrow Ətraflı
İki qardaş analarını vəhşicəsinə öldürdülər like
  • 03 Avq 16:01  
Digərləri İki qardaş analarını vəhşicəsinə öldürdülər

ABŞ-ın Nevada ştatında 17 yaşlı əkiz qardaşlar Maykl və Dakota Libiqlə

arrow Ətraflı
DGK: Gömrük postlarında ödəniş məntəqəsinin azlığı vətəndaşların yubanmasına səbəb olur like
  • 03 Avq 15:57  
Digərləri DGK: Gömrük postlarında ödəniş məntəqəsinin azlığı vətəndaşların yubanmasına səbəb olur

Dövlət Gömrük Komitəsi (DGK) gömrükdə ödəniş məntəqələrinin artı

arrow Ətraflı
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb like
  • 03 Avq 15:57  
Sosial İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Çmərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir

arrow Ətraflı
Yol polisi yük avtomobili və avtobus sahiblərinə: like
  • 03 Avq 15:54  
Digərləri Yol polisi yük avtomobili və avtobus sahiblərinə:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusl

arrow Ətraflı
STAR Neft Emalı Zavoduna ilk neft yükü Azərbaycandan gəlib (FOTO) like
  • 03 Avq 15:51  
Digərləri STAR Neft Emalı Zavoduna ilk neft yükü Azərbaycandan gəlib (FOTO)

SOCAR tərəfindən 6.3 milyard dollarlıq investisya ilə qurulan STAR Neft Ema

arrow Ətraflı
Boşandığı deyilən Cəmilə: “Ərim toydan sonra mənimə şərt kəsdi” like
  • 03 Avq 15:50  
Şou-biznes Boşandığı deyilən Cəmilə: “Ərim toydan sonra mənimə şərt kəsdi”

Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Cəmilə Tağızadə Azərba

arrow Ətraflı
Dövlət Gömrük Komitəsi daha bir ilkə imza atıb like
  • 03 Avq 15:47  
Digərləri Dövlət Gömrük Komitəsi daha bir ilkə imza atıb

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa T

arrow Ətraflı
"Qaraba-da futboldan zövq alıram" like
  • 03 Avq 15:45  
İdman "Qaraba-da futboldan zövq alıram"

Qarabağ-ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına a&cc

arrow Ətraflı
Məşhur müğənni erməni sevgilisi ilə soyundu like
  • 03 Avq 15:44  
Digərləri Məşhur müğənni erməni sevgilisi ilə soyundu

"Spice Girls" qrupunun sabiq solisti, "America's Got Talent&q

arrow Ətraflı
Qızların davasına bıçaqlı nənə, like
  • 03 Avq 15:42  
Digərləri Qızların davasına bıçaqlı nənə,

ABŞ-ın Hyuston ştatında ana dalaşan qızını qorumaq üçün tapançaya ə

arrow Ətraflı
Yol polisi yük avtomobili və avtobus sahiblərinə: 3 ay vaxt var like
  • 03 Avq 15:40  
Digərləri Yol polisi yük avtomobili və avtobus sahiblərinə: 3 ay vaxt var

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusl

arrow Ətraflı