İtaliya Prezidenti: “SOCAR-a və “Maire Tecnimont”a təşəkkürümü bildirirəm”


İqtisadiyyat 18 İyl 2018 18:14:33 134 0

İtaliya Prezidenti: “SOCAR-a və “Maire Tecnimont”a təşəkkürümü bildirirəm”

“Biz bu gün bu zavodun nə dərəcədə yüksək texnologiyaya malik olduğunu görürük”

“Cənab Prezident, bu gün bu tədbirdə Sizinlə bir yerdə olmaqdan çox məmnunluq hissi duyuram. Mən bu rəsmi səfər çərçivəsində bu tədbirə qoşulmaqdan çox məmnunam. Bu cür tədbirlər İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu göstərir. Bu, eləcə də dövlətlər və xalqlar arasında dostluğun və səmimiyyətin bir işarəsidir”.

“Report”un xəbərinə görə, bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimindəki çıxışında deyib.

“Cənab Prezidentin dediyi kimi, sabah Azərbaycan-İtaliya biznes forumu keçiriləcək. Biz ümid edirik ki, bu forum çərçivəsində yeni münasibətlərin əsaslarını qoya biləcəyik. Mən SOCAR-a və “Maire Tecnimont”a təşəkkürümü bildirirəm. Biz bu gün bu zavodun nə dərəcədə yüksək texnologiyaya malik olduğunu görürük. Təbiidir, biz burada görürük ki, texniki imkanlarından əlavə müəssisənin infrastruktur kimi dizaynı da çox gözəldir. Bu, çox əhəmiyyətli bir layihədir. Çünki ölkənin sənaye imkanlarını yüksək əlavə dəyər baxımından möhkəmləndirir. Həmçinin təbii ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın nə dərəcədə yüksək potensiala malik olduğunu bir daha göstərir.

Bu gün səhər Prezidentlə görüşüm zamanı xarici işlər nazirlərimizin və bizi müşayiət edən nümayəndə heyətinin iştirakı ilə ölkələrimiz arasındakı ikitərəfli məhsuldar əməkdaşlıq barədə danışdıq. Bu gün bizim burada olmağımız və əlbəttə, bütün nümayəndə heyətlərinin - İtaliya şirkətlərinin və onların tərəfdaşlarının burada olması bu tədbirin yüksək səviyyəsini göstərir. Təbii ki, biz Sumqayıt şəhərini də qeyd etməliyik. Çünki o, öz potensialı ilə bu tədbirin əhəmiyyətini xüsusi olaraq nümayiş etdirir”, - deyə, dövlət başçısı əlavə edib.

Yupiterin orbitində 12 yeni peyk tapıldı like
  • 18 İyl 18:12  
Digərləri Yupiterin orbitində 12 yeni peyk tapıldı

Astronomlar Yupiterin orbitində 12 yeni peyk aşkar ediblər.

arrow Ətraflı
"Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir" like
  • 18 İyl 18:07  
Siyasət "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir.

arrow Ətraflı
Bərdədə iki yaşayış məntəqəsinə təbii qaz verilib like
  • 18 İyl 18:05  
Digərləri Bərdədə iki yaşayış məntəqəsinə təbii qaz verilib

Bərdə rayonunun Hacıbəyli və Kafarlı kəndlərinə təbii qaz verilib

arrow Ətraflı
Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir like
  • 18 İyl 18:05  
Digərləri Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir

Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir.

arrow Ətraflı
U-21 son iki oyununu bu stadionda keçirəcək like
  • 18 İyl 18:02  
İdman U-21 son iki oyununu bu stadionda keçirəcək

Yığmamız sentyabrın 6-da İsrail, 11-də Norveçi bu stadionda qəbul

arrow Ətraflı
Dünyanın aparıcı kriptovalyutaları bahalaşır like
  • 18 İyl 17:59  
Digərləri Dünyanın aparıcı kriptovalyutaları bahalaşır

Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoin son 24 saat ərzind

arrow Ətraflı
Ayrıldıqları deyilirdi like
  • 18 İyl 17:53  
Digərləri Ayrıldıqları deyilirdi

Keti Holms və Ceym Foks ayrılmaları ilə bağlı yayılan xəbərlərə son q

arrow Ətraflı
Macarıstan BMTnin miqrasiya razılaşmasından imtina etdi like
  • 18 İyl 17:43  
Dünya Macarıstan BMTnin miqrasiya razılaşmasından imtina etdi

Macarıstan BMT-nin egidası altında keçirilən danışıqlar zamanı razıla

arrow Ətraflı
Real yeni transferini təqdim etdi like
  • 18 İyl 17:42  
İdman Real yeni transferini təqdim etdi

Real bir neçə gün öncə Real Sociedad-dan transfer etdiyi Alva

arrow Ətraflı
""Cənub Qaz Dəhlizi" Azərbaycanİtaliya əlaqələrinin daha da inkişafına xidmət edəcək" like
  • 18 İyl 17:33  
Siyasət ""Cənub Qaz Dəhlizi" Azərbaycanİtaliya əlaqələrinin daha da inkişafına xidmət edəcək"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici iş

arrow Ətraflı
Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi like
  • 18 İyl 17:31  
Digərləri Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Macarıstan BMT-nin egidası altında keçirilən danışıqlar zamanı razıla

arrow Ətraflı