ARDNF-in aktivləri fəaliyyəti dövründə ən yüksək həddə çatıb


İqtisadiyyat 16 İyl 2018 19:21:49 323 0

ARDNF-in aktivləri fəaliyyəti dövründə ən yüksək həddə çatıb

Fond bu il aktivlərini 6%-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarındaAzərbaycanDövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 173,7 mln. manat, büdcə xərcləri isə 4 731,6 mln. manat təşkil edib.

"Report" Fonda istinadən xəbər verir ki, 6 ay ərzində qurum neft və qaz sazişlərinin həyata keçirilməsindən8 665,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 889,5 mln. manat, bonus ödənişlərindən 765,2 mln. manat, tranzitdən10,5 mln. manat, akrhesabı ödənişlərdən isə 0,5 mln. manat gəlir əldə edib.

Hesabat dövründə Fondun vəsaitinin idarə olunmasından gəliri isə508 mln. manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 4 608,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait ayrılmışdır. 2,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 838,5 milyon manat təşkil edib.

2018-ci il iyulun 1-ə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 6,22% artaraq 38 036,1 milyon ABŞ dolları təşkil edib ki, aktivlər üzrə bu göstərici ARDNF-nin ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.