Azərbaycanın sığorta bazarı 44% böyüyüb - YENİLƏNİB


İqtisadiyyat 13 İyl 2018 10:52:00 361 0

Azərbaycanın sığorta bazarı 44% böyüyüb - YENİLƏNİB

Bu ilin I yarısında sığorta şirkətləri 400 mln. manata yaxın sığorta haqqı toplayıb

Bu ilin I yarısında Azərbaycandafəaliyyət göstərən 21 sığorta şirkəti 396,371 mln.manat məbləğində sığorta haqqı toplayıb.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,5% çoxdur.

6 ay ərazində sığorta şirkərlərinin ödənişləri isə 119,303 mln. manat olub ki, bu da illik müqayisədə 0,4% azdır.

Hesabat dövründə könüllü sığorta bazarı üzrə haqlar 286,84 mln. manat, ödənişlər isə 87,11 mln. manat, icbari sığorta bazarı üzrə haqlar 109,53 mln. manat, ödənişlər isə 32,19 mln. manat təşkil edib.

Yanvar-iyun aylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 30,1 manatını ödənişə yönəldib. Bu rəqəm 1 il bundan əvvəl 45,05 manat olub.