Azərbaycanın sığorta şirkətləri bu ilin I yarısında 400 mln. manata yaxın sığorta haqqı toplayıb


İqtisadiyyat 13 İyl 2018 10:31:30 395 0

Azərbaycanın sığorta şirkətləri bu ilin I yarısında 400 mln. manata yaxın sığorta haqqı toplayıb

Bunun 120 mln. manata yaxını ödənişə yönəldilib

2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396.37 mln. manat məbləğində sığorta haqları toplanıb, 119.3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 286.84 mln. manat, ödənişlər isə 87.11 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 109.53 mln. manat, ödənişlər isə 32.19 mln. manat olub.

2018-ci ilin yanvar-iyun ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i könüllü, 28%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73%-i könüllü, 27%-i isə icbari sığorta növləri hesabına formalaşıb.