Bakı Konqres Mərkəzi sığortaçı seçir


İqtisadiyyat 11 İyl 2018 11:06:27 361 0

Bakı Konqres Mərkəzi sığortaçı seçir

Qurum daşınmaz əmlakın icbari sığortasına dair açıq tender elan edib

“Bakı Konqres Mərkəzi” MMC daşınmaz əmlakın icbari sığortasına dair açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 60 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 13-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 21-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 130 ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Aslan Nuriyevdir (tel.: (050) 273 99 01).

Təkliflərə avqustun 24-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.