Dövlət başçısı: Ümumi enerji sisteminin çökməsinə gətirib çıxaran bir qəzanın heç cür izahatı ola bilməz


İqtisadiyyat 10 İyl 2018 01:20:00 63 0

Dövlət başçısı: Ümumi enerji sisteminin çökməsinə gətirib çıxaran bir qəzanın heç cür izahatı ola bilməz

"Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək"

"Mingəçevirdə baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Qəza ola bilər, qəzanın müxtəlif səbəbləri ola bilər. Hətta ən inkişaf etmiş ölkələrdə, şəhərlərdə belə qəzalar baş verir, böyük fəsadlara, insan itkisinə gətirib çıxarır. Biz bunu yaxın tarixdən bilirik. Onlarla insan belə hadisələrdə həlak olur. Ancaq bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident bildirib ki, bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Onun sözlərinə görə, eyni zamanda, Mingəçevirə ekspertlər qrupu ezam edilib. Onlar da öz sözünü deyəcəklər.

"Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, - mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, - hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır. Ancaq əlbəttə ki, bu qəza çox ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Belə göstəriş verilibdir. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, mənə təkliflər veriləcək. Biz Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə etməliyik. Kifayət qədər enerji generasiya gücümüz var. Yarımstansiyalar tikilib və yenə də tikiləcək. Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun", - deyə İlham Əliyev söyləyib.

Günün qoroskopu: yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın like
  • 10 İyl 00:01  
Digərləri Günün qoroskopu: yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Gəncənin din xadimləri açıqlama verdi  "Elmar Vəliyev dinə qarşı olmayıb"  VİDEO like
  • 09 İyl 23:56  
Digərləri Gəncənin din xadimləri açıqlama verdi "Elmar Vəliyev dinə qarşı olmayıb" VİDEO

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdinə qarşı ol

arrow Ətraflı
21 yaşlı model çimərlik geyimində  FOTO like
  • 09 İyl 23:55  
Digərləri 21 yaşlı model çimərlik geyimində FOTO

21 yaşlı model Bella Hadid çimərlik geyimində kameraların hədəfinə tuş

arrow Ətraflı
Yaşlı qadını maşın vuraraq öldürüb like
  • 09 İyl 23:54  
Digərləri Yaşlı qadını maşın vuraraq öldürüb

Sumqayıt şəhərində 57 yaşlı qadını maşın vuraraq öldürüb.

arrow Ətraflı
Prezident: Meyarlara uyğun gəlməyən məmurlar işdən çıxarılacaq like
  • 09 İyl 23:52  
Siyasət Prezident: Meyarlara uyğun gəlməyən məmurlar işdən çıxarılacaq

"Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıd

arrow Ətraflı
Kino tarixinə düşən ən gözəl öpüş səhnələri  FOTO like
  • 09 İyl 23:51  
Digərləri Kino tarixinə düşən ən gözəl öpüş səhnələri FOTO

Aktyorları sadəcə dostluq və iş münasibətləri bağlayırsa, çəkiliş m

arrow Ətraflı
48 yaşlı kişi qətlə yetirilib like
  • 09 İyl 23:45  
Kriminal 48 yaşlı kişi qətlə yetirilib

Bu gün axşam saatlarında Şabran rayonu ərazisində qətl hadisəsi qeydə a

arrow Ətraflı
"Hiss edirəm ki, tezliklə ata olacam..." like
  • 09 İyl 23:42  
Digərləri "Hiss edirəm ki, tezliklə ata olacam..."

Müğənni Serdar Ortaç və Ümit Erdem ötən gün məkanlardan birində səhn

arrow Ətraflı