Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik enerjisinin verilişi bərpa olunub


İqtisadiyyat 03 İyl 2018 23:24:05 341 0

Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik enerjisinin verilişi bərpa olunub

Mərhələli şəkildə aparılan işlərin nəticəsi olaraq tam rejim sabah səhər satlarında mümkün olacaq

Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik enerjisinin verilişi bərpa olunub.

Bunu "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, qurğularda suyun emalına, paralel olaraq magistral kəmərlərin su ilə doldurulmasına başlanılıb. Mərhələli şəkildə aparılan işlərin nəticəsi olaraq tam rejim sabah səhər satlarında mümkün olacaq. Oğuz-Qəbələ-Bakı su kəmərini qidalandıran quyulara isə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb.