BNA: Paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib


İqtisadiyyat 03 İyl 2018 09:03:17 266 0

BNA: Paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib

Bunu Bakı Nəqliyyat Agentlyinin mətbuat katibi Mais Ağayev bildirib

“Gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib”.

Bunu “Report”a Bakı Nəqliyyat Agentlyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, yarana biləcək hər hansı texniki nasazlığın dərhal aradan qaldırılması məqsədi ilə agentliyin şəhər ərazisində texniki heyətdən ibarət mobil qrupları fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmur.