Bakıdan həyata keçirilən aviareyslərdə gecikmələr olub


İqtisadiyyat 03 İyl 2018 10:06:25 273 0

Bakıdan həyata keçirilən aviareyslərdə gecikmələr olub

Həm AZAL, həm də xarici aviaşirkətlərə məxsus uçuşlar vaxtında baş tutmayıb

Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı problemin yaranması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilən aviareyslərdə gecikməyə səbəb olub.

"Report" "flightradar24"ə istinadən xəbər verir ki, gecikmələr "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL)məxsus Bakı-Naxçıvan və Bakı-Berlin, "Buta Airways"ə məxsus Bakı-İstanbul,"Türk Hava Yolları"na məxsus Bakı-İstanbul, "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsusBakı-Kiyev,"UTair"ə məxus Bakı-Moksva,"Gulf Air"ə məxsus Bakı-Manama aviareyslərində qeydə alınıb.

Bununla belə, AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski "Report"a bildirib ki, uçuşlarda ləngimə olmayıb.